1915-ci il hadisələrindən sonra Türkiyədəki ermənilərin əksəriyyəti kimliklərini və dinlərini dəyişərək yaşayırlar.
Bu ermənilərin bəzilərinin Ermənistana casusluq etdiyinə dair informasiyalar da var. Bəziləri isə artıq erməni olduqlarını etiraf edirlər. Misal üçün, ötən il Tunceli bölgəsində kimliyini gizlədən 12 erməni kilsəyə gedərək, xristianlığı açıq şəkilə qəbul ediblər.
Lakin hələ də minlərlə erməni başqa ad altında Türkiyədə yaşayır və fəaliyyət göstərirlər.
Türkiyə mediasına istinadən başqa millətlər və dinlər altında gizlənən erməni ailələrinin siyahısını təqdim edirik:
Diyarbəkir: 1000 ailə. Kürd, süryani və ələvi kimliyində.
Malatya: 3 min 655 ailə. Kürd və ələvi kimliyində.
Kayseri: 5 min ailə. Türk kimliyində.
Elazığ: 1000 ailə. Kürd və ələvi kimliyində.
Van: 4 min ailə. Kürd kimliyində.
Tunceli: 2 min ailə. Kürd və ələvi kimliyində.
Şanlıurfa: 3 min 500 ailə. Kürd və ərəb kimliyində.
Siirt: 1200 ailə. Ərəb kimliyində. (kiçik qismi isə kürd adı altında).
Hatay: 1100 ailə. Ərəb kimliyində.
Bitlis: 200 ailə. Kürd kimliyində.
Ərzurum: 3 min ailə. Kürd, ələvi kimliyində. (kiçik qismi türk adı altında).
Ərzincan: 1300 ailə. Ələvi və kürd kimliyində.
Sivas: 2 min ailə. Kürd və ələvi kimliyində.
Mardin: 1500 ailə. Ərəb kimliyində.
Kahramanmaraş: 3 min ailə. Kürd və ələvi kimliyində.
Adıyaman: 1600 ailə. Kürd kimliyində.
Adana: 2000 ailə. Kürd, ərəb və ələvi kimliyində.
Qeyd edək ki, bu rəqəmlər müxtəlif təşkilatlar və araşdırmaçılar tərəfindən ortaya çıxarılıb.
Türkiyəli professor Salim Cöhce də bildirib ki, ərəbləşən minlərlə erməni var: “Vaxtilə amerikalıların da araşdırmalarında bu haqda faktlar yer alıb. Ərzurumda 500 min erməni kürdləşdi, Tuncelidə 50 min erməni ələvi oldu. Kürd ələvilər deyilənlər əslində, gizli ermənilərdir. Onlar əslində, asimilyasiya olunmayıblar, sadəcə gizləniblər. Misal üçün, ərəb dilində danışır, özlərini ərəb kimi göstərirlər. Lakin gizlində öz kimliklərinə və dinlərinə xidmət edirlər”.(Publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...