“Eurovision 2016” qalibi, Ukrayna təmsilçisi Camalanın ifa etdiyi “1944” mahnısının əslində müğənni tərəfindən bir neçə il əvvəl yazıldığı və ifa olunduğu ortaya çıxıb. Bu barədə eschoney.com saytı məlumat yayıb.
Müğənni 2015-ci ildə “Our Crimea” (Bizim Krım) festivalında iştirak edərək mahnını Ukrayna dilində oxuyub. “Eurovision” qaydalarına görə, yarışan mahnı daha əvvəl yayımlanmamalıdır. Bu cür hadisə bu il Danimarka milli finalında da olmuş, lakin mahnı müsabiqədən kənarlaşdırlmamışdı. Böyük ehtimalla, Camala cəza almayacaq, lakin bu mövzunun Avropa Yayım Birliyi (EBU) tərəfindən gündəmə gələcəyi qətidir.
Camala haqqında digər bir xəbər də maraqlıdır.
Belə ki, Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin “3-cü Dünya Türk Forumu”nda ilk dəfə verilən “Qızıl Alma Mükafatları” 30 may 2014-cü ildə Edirne Tarixi Ekmekçizade Ahmetpaşa Karvansarayında təşkil edilən mərasimlə sahiblərinə təqdim olunmuşdu.
Mərasimdə sənət mükafatı Orhan Gencebay ilə birlikdə Camalaya da verilmişdi.
"Milli Yol"
Digər xəbərlər
loading...