Pandemiyanın geniş vüsət alması səbəbilə uzun müddətdən sonra distant təhsil ənənəvi tədris forması ilə əvəz olunub. Şagirdlərin virusa yoluxma ehtimalı böyük olduğundan hər bir təhsil ocağında azyaşlıların və yeniyetmələrin gündəlik hərarəti ölçülür və müəyyən izolyasiya qaydaları tətbiq edilirdi.
Lakin hazırkı vəziyyətdə bir çox valdieynlər bu qaydaların aradan qaldırılmasından şikayətlənir. Onlar ölkədə koronavirusa yoluxma halları olsa da, son zamanlar bəzi məktbələrdə şagirdlərə bu cür nəzarətin demək olar ki, aradan qaldırıldığını bildirirlər. Valideynlərin sözlərinə görə, Bakı şəhəri Yasamal rayonu 53 saylı məktəbdə, o cümlədən Sabunçu rayonunun Zabrat qəsəbəsində fəaliyyət göstərən 192 saylı orta məktəbdə sözügedən vəziyyət hökm sürür.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, xüsusi karantin rejimi dövründə tədrisin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
Aşağıda qeyd edilən məsələ də müvafiq qərarın tərkib hissəsidir və indiki halda da qüvvədədir. Bu prosesi tənzimləmək məktəb rəhbərliyinə tapşırılmışdır.
Həmçinin, "Məktəblinin dostu" layihəsinin tətbiq olunduğu təhsil müəssisəsisələrində sıxlığın tənzimlənməsi məqsədilə məktəbə giriş və çıxış qaydalarına xüsusi nəzarət olunur, şagirdlərin, məktəb kollektivinin, məktəbə daxil olan hər kəsin hərarətinin ölçülməsi, dezinfeksiya vasitələrindən istifadənin təmin edilməsi, eləcə də simptomları olan şəxs və onunla ünsiyyətə girmiş digər şəxslərin müəyyənləşdirilməsində məktəb heyətinə dəstək göstərilir.