Əqli Mülkiyyət Agentliyində şöbələrdən biri ləğv olunub.
"Report"un əldə etdiyi məlumata görə, agentliyin aparatının Texnologiya transferi və kommersiyalaşmaya dəstək şöbəsi ləğv edilib.
Ləğv olunan şöbənin müdiri Hüseynov Aydın Fridun oğlu isə Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Təlim, nəşr və innovasiyalar şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Bundan əlavə, Əqli Mülkiyyət Agentliyi sədrinin müşaviri Fuad Kərimov Apellyasiya Şurasının sədri – müşavir vəzifəsinə keçirilib.
Agentlikdən məlumatı "Report"a təsdiqləyiblər.
Digər xəbərlər
loading...