Azərbaycanda yüksək vəzifəli general işdən çıxarılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının müavini - Şəxsi Heyət üzrə İdarənin rəisi, general-mayor Vidadi Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a məlumatı təsdiqləyiblər.
Xatırladaq ki, V.Əliyev Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2004-cü il tarixli 392 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Kоmandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi vəzifəsinə təyin edilmişdi.
Qeyd edək ki, Vidadi Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin keçmiş müavini general-leytenant Vahid Əliyevin qardaşıdır.