Cənubi Afrika Respublikasının (CAR) keçmiş Prezidenti Frederik Villem de Klerk vəfat edib.
MilliYol.Az xəbər verir ki, bu barədə Frederik Villem de Klerk Fondu məlumat yayıb. Sabiq Prezident bu gün səhər 85 yaşında Keyptaundakı evində düynasını dəyişib.
Qeyd edək ki, ötən il ağciyər xərçəngi diaqnozu qoyulan Frederik de Klerk CAR-ın sonuncu ağdərili prezidenti olub. O, 1989-cu ilin sentyabrından 1994-cü ilin mayına qədər ölkəyə rəhbərlik edib. Sabiq Prezident 1990-cı ildə Nelson Mandelanı həbsdən azad edib.
1993-cü ildə Nelson Mandela və Frederik Villem de Klerk aparteid rejiminin dinc yolla aradan qaldırılması üçün gördüyü işlərə və yeni demokratik Cənubi Afrikanın əsaslarının qoyulmasındakı fəaliyyətinə görə birgə Nobel Sülh Mükafatına layiq görülüb.