“Hazırda Azərbaycanda pandemiya nəzarət altındadır. Vəziyyəti nəzarət altında saxlaya bilirik. Yeganə məhdudiyyət qapalı məkanlarda maska taxılmasıdır”.
MilliYol.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.
"Biz əsasən "SinoVac" və "Pfizer" vaksinindən istifadə edirik. Peyvəndləmə səviyyəsi yüksəkdir. Peyvəndləmə könüllüdür", - dövlət başçısı bildirib.
Digər xəbərlər
loading...