"Qarabağ"a böyükhesablı (0:4) məğlubiyyətdən sonra sosial şəbəkədə "Neftçi"nin baş məşqçisi Samir Abasov kəskin tənqid olunur.
MilliYol.Az xəbər verir ki, baş məşqçini hədəfə alanlardan biri elə "Neftçi"nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovdur.
Klubun sponsoru SOCAR-da yüksək vəzifələrdə çalışmış, hazırda "SOCAR Turkey Energy"nin baş direktoru olan Qəhrəmanov "Facebook"dakı statuslardan birində baş məşqçiyə replika atıb və onu ələ salıb. O, Şaiq Qəribzadənin (Azər Qəribin oğlu, Riad Rəfiyefin yaxın dostu, Sumqayıtın sponsor tərəfdaşlarından birinin - "FedEx" kuryer şirkətinin rəhbəri) "Samir hara, Qurban hara" statusundakı müzakirəyə qoşulub. Tanınmış menecer Kamil Məmmədov Samir Abasovun tərəfini saxlamağa çalışıb: "Fakta əsasən belədi, Samir Qurbandan geridi. Amma ona da 15 il vaxt, dəstək, böyük büdcəli klub verilsə, kim bilir necə olar".
Müşahidə Şurasının üzvü Kamil Məmmədovun rəyinə "dediklərin verilsə də, o, ən uzağı musiqili komediya teatrında səhnə quraşdıra bilər" aşağılayıcı şərh yazıb.