Zodiakın ən varlı bürclərinin siyahısı: Onlar daşdan da PUL çıxarmağı bacarır.
Zodiakın ən zəngin bürcləri və onlar üçün pulun əhəmiyyəti haqqında məlumatları təqdim edirik:
Qoç bürcü – qoçlar öz həyatı ilə qumar oynamağı sevir. Riskli olmağı sevir və buna görə pul yatırımı edir. Bu onun özünəinamının inkişaf etməsinə yardım edir. Kiçik də olsa, öz işinin rəhbəri olmaq istəyir. Pul yığmaq onlar üçün çox çətindir. Həmişə yeni fikir və ideyalar axtarışında olduğu üçün, bu onun xərclərinin azalmasına icazə vermir.
Buğa bürcü – buğalar maddi vəziyyətlərdə olduqca tədbirli, səbrli və planlı hərəkət edir. Təcrübəsi olmayan buğalar, özünün güvənsiz hiss etdiyi üçün əvvəlcə ruhi, sonra isə fiziki problemlər yaşaya bilər. Heç kimə möhtac olmamaq və ayaq üstə dura bilmək üçün müxtəlif yollara əl atır. Buğa bir işə yatırım etməzdən əvvəl hər şeyi bütün detallarına qədər araşdırır. Gələcəyini düşündüyü üçün maddi durumunu nəzarət altında saxlayır.
Əkizlər bürcü – əkizlər digər fəaliyyətləri kimi, pul mövzusunda da uzun-uzadı düşünmək və plan qurmaq istəmirlər. Lakin çox ağıllı və düşdüyü mühitə tez adaptasiya olduğu üçün maddi durumuna tez öyrəşir. Yəni, maddi mövzular və kasıblaması onlara ciddi şəkildə təsir etmir. Rəqəmlərlə arası çox yaxşı olmasa da, istəsə büdcəsinə çox yaxşı nəzarət edə bilər.
Xərçəng bürcü – su elementi olan xərçənglərin hiss etmə qabiliyyətləri yüksək olduğu üçün iqtisadi durumları öncədən bilmə potensialına sahibdir. Sədaqəti sevən xərçənglərin pul barəsində ən böyük dezavantajı əvvəlki vərdişlərindən imtina edə bilməməsidir. Maddi və pul barəsində bəxti həmişə gətirir. Özünə pul xərcləməyi sevməsə də, ailəsinə qarşı çox əliaçıq olur.
Şir bürcü – lüks, rahatlıq, göstəriş sevən şirlər üçün pul yığmaq mümkünsüzdür. Çünki bütün pullarını göstərişli olmağa və hamı tərəfindən bəyənilməyə xərcləyirlər. Lakin pulu güc hesab edən xərçənglər, standartlarını mümkün olduğu qədər qorumağa çalışır. Ehtiyacı olanlara yardım etsə də, kiməsə möhtac olmaqdan nifrət edir.
Qız bürcü – şirlərin əksinə, qızların risk almaqdan xoşu gəlmir. Torpaq elementi olan qızların, pulla münasibətlərində balans saxlayır, sabitliyi qoruya bilir. İşləməyi həyatın məqsədi kimi görür və həmişə sağlam addımlar atır. Xərclədiyi pulları hesablayır və dünəni üçün yatırım edir. Adətən narahat bir xarakterə malikdir və neqativ düşündüyü üçün pul yığır və təhlükəsizliyini təmin edir. Çox düşünüb çoxlu pul yığmağın ən yaxşı yollarını tapırlar.
Tərəzi bürcü – adları kimi pul barəsində də tarazlığı qorumağa çalışırlar. Çoxlu pul xərcləyib hədlərini aşmırlar. Bazarlıq etmədən heç bir şey almaq istəmirlər. Bu adətlərini prinsip halına gətirirlər. Tərəzi bürcləri antikalar və sənət əsərlərinə pul yatırmağı xoşlayır və bu onların xobbiləridir. Həmin əsərlərlə çox ciddi pul qazanmağın mümkün olduğunu düşünürlər. Pulu heç zaman həyatının məqsədi hesab etmir və istədiyi insana kömək edir. Çox nəzakətli bürclər olduğu üçün verdiyi borcları geri istəmir.
Əqrəb bürcü - əqrəblər maddi mövzular üzərində çox geniş düşünür və düzgün addımlar atır.
Özlərinə heç vaxt yazığı gəlməyən əqrəblər, pul qazanmaq üçün əllərindən gələni edir. Məqsədinə çatmayana qədər bütün əzab və əziyyətlərə dözürlər. Gözəl evə, maşına sahib olmaq və yaxşı geyinmək əqrəblərin məqsədidir. Lakin əqrəblər heç vaxt göstəriş xatirinə gözəl geyinmir. Xərclədiyi və borc verdiyi pulu nə olursa-olsun qarşılığını almaq istəyər.
Oxatan bürcü – oxatan bürcləri pul barəsində olduqca şanslıdır. Pulu varsa, xərcləyir. Oxatanlar həmişə pulu həddindən artıq xərcləyir. Pul yatırmağı və böyük pullarla oynamağı çox sevir. Çox pul xərclədiyi üçün ailəsində problemlər yarana bilər. Onlar pulu həyatdan zövq alamq, özünü tanımaq və daha çox inkişaf etdirəmək üçün xərcləyir. Çətin günlər üçün pul saxlamaqda çətinlik çəkilər.
Oğlaq bürcü – ehtiyatlı olmaq və risklərin qarşısı almaq oğlaqların ən yaxşı xarakterlərindən biridir. İdarə etmə bacarığı yüksək olur. Oğlaqlar həyatlarının ən böyük məqsədinə çatmaq üçün çox çalışır və ona nail olmaq üçün səbrlə gözləyirlər. Yatırım edərkən əldə edilən qazancdan daha çox onun əmanətdə olmasını düşünür. Nəticə etibarı ilə, riski minimum səviyyəyə endirirlər. Maddi durumları rahatlıqla həll edə bildiyi üçün rəhbər rolunun öhdəsindən yaxşı gəlir.
Dolça bürcü – pula marağı olmayan bürclərdən biri də dolçalardır. Demokratiyaya və bərabərliyə böyük əhəmiyyət verdiyi üçün sərvət dalınca qaçmırlar. Yeniliklərin arxasınca qacıdığı və texnologiyanın funksiyalarından faydalandığı üçün müxtəlif yollarla pul qazanır. Dolçalar pullarını başqası üçün son qəpiyinə qədər xərcləməkdən çəkinmir. Başqa adamlardan borc almağı sevmədiyi üçün özünü birtəhər idarə edir.
Balıq bürcü – həyatın reallıqlarından tamamilə uzaq olur. Bu səbəbdən də pula ancaq yaşamaq və həyatını davam etdirə bilmək üçün lazımlı bir şey kimi baxır. Balıqlar pullarının çox hissəsini yeməyə xərcləyir. Geyim, göstəriş onlar üçün o qədər də əhəmiyyətli deyil. Əlinə keçdiyi pulu tez xərclədiyi üçün bu mövzuda köməyə ehtiyacı olur. Balıqlar sevdiyi işlə məşğul olarsa, çoxlu pul qazanar.//Sfera.az