Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) kadr dəyişikliyi baş verib.
MilliYol.az konkret.az-a istinadən xəbər verir ki, televiziyanın “İnformasiya Proqramları” Studiyasının baş direktoru Mehriban Məmmədova tutduğu vəzifədən azad edilib.
M.Məmmədovanın səlahiyyətləri Tural Məmmədova tapşırılıb.
Qeyd edək ki, Tural Məmmədov buna qədər “İnformasiya Proqramları” Studiyasının direktoru vəzifəsini daşıyıb.
Verilən digər xəbərə görə, “İnformasiya Proqramları” Studiyasının baş direktoru vəzifəsi ştat vahidi kimi ləğv olunub.
Digər xəbərlər
loading...