Eldar Mahmudova görə Bakıdan “qaçan” icra başçısı indi də keçmiş əlaqələrinin faş olmasından qorxur
Samux rayonun icra başçısı Alı Qocayev “MTN işi”nə görə narahat olanların sırasına düşüb. Bu barədə redaksiyamiza ilginc məlumatlar daxil olub.
Məlumatda iddia olunur olunur ki, Milli Məclisin sədri Oqtay Əsədovun qudası olan icra başçısı hələ Bakıda işlədiyi zaman MTN generallarının diqqətini çəkib. Qısa müddətdə qurulan plan nəticəsində MTN generalları Ali Qocayevı “ram” ediblər.
Bizi bilgiləndirən mənbənin bidlirdiyinə görə, Qocayev hələ Binəqədi rayonunda icra başçısı olanda dövlət büdcəsindən milyonlarla manat dəyərində yeyintiyə yol verib. Belə ki, Milli Məclisin sədri Oqtay Əsədovun ciddi dəstəyi ilə Alı Qocayev rayonun abadlıq işləri üçün ayrılmış pulların böyük bir hissəsini MTN-dəki “himayədarlarına” verməli olurmuş. Amma sonda aydın olur ki, yeyintinin həcmi ağılasığmaz dərəcədədir, Həmin zaman Alı Qocayevi xilas edn Eldar Mahmudov olub.
Vəziyyətin gündən günə ağırlaşdığının görən Alı Qocayev çıxış yolunu Bakıdan kənarda vəzifə almaqda görür. Və bunun üçün Oqtay Əsədova müraciət edir. Bir müddət sonra Alı Qocayev Binəqədi rayon İcra Hakiyyəti başçısı vəzisənindən azad olunaraq Samux rayonuna təyinat alır. Amma buna baxmayaraq Bakıdan “qaçan” icra başçısı Eldar Mahmudovu da “görməli” olur və Bakıdan rahat şəkildə çıxa bilmək üçün onu “bir daha yüklü bir şəkildə görür”.
Amma mənbə bildirir ki, Eldar Mahmudov və ətrafı Samuxda da rahat buraxmır. Ancaq Eldar Mahmudov vəzifədən alındıqdan sonra Alı Qocayev rahat nəfəs ala bilir. Eldar Mahmudovu görmək məcburiyyətindən qurtula bilmir. İndi isə onu narahat edən məsələ Eldar Mahmudovla əlaqələrinin üzə çıxması qorxusudur... Bu əlaqələrin ortaya çıxması və detalların açıqlanması isə Samuxun icra başçısını doğurdan pis vəziyyətə qoya bilər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.az
Digər xəbərlər
loading...