Sabiq baş nazir Artur Rasizadə səhhətinin ağır olmasıyla bağlı yayılan xəbərləri təkzib edib
Qaynarinfo xəbər verir ki, keçmiş hökumət başçısı Modern.az saytı ilə əlaqə saxlayaraq, sağlıq durumuyla bağlı narahatlığa əsas olmadığını deyib:
“Kefim də yaxşıdır, səhhətim də... Hətta lap əlayam!”.
Artur Rasizadə deyib ki, doğrudan da bu günlərdə xaricdə - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Amma artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələrilə bir həftəliyə gedibmiş.
86 yaşlı Artur Rasizadə 22 il (1996-2018) Azərbaycanın Baş naziri postunda çalışıb.
Digər xəbərlər
loading...