Redaksiyamıza daxil olan müraciətlə bağlı "Azərbaycan Respublikasınln Sindo-ryu və Pençak Silat Federasiyası"nın Prezidenti, V dan QARA KƏMƏR sahibi Abbas Hünbətov barəsində Beynəlxalq Federasiyaya və digər xarici nümayindəliklərə ünvanlanmış şikayətlə bağlı araşdırma aparmaq üçün Azərbaycan Respublikasınln Sindo-ryu və Pençak Silat Federasiyas ilə əlaqə saxladıq.
Əvvəlcə qısaca Federasiya haqqında:
Federasiya 1997-ci ildə "Sindo-ryu" adı altında rəsmi Dövlət qeydiyyatına alınıb. 1997-2005-ci illərdə Federasiyanın Prezidenti Hünbətov Abbas təyin edilib. 2005-ci ildən Federasiyanın Prezidenti kimi İlham Rəhimov fəaliyyət gostərib və Hünbətov Abbas Federasiyanın VİTSE-PREZİDENTİ təyin olunub. 2009-cu ildə Federasiyanın adı dəyişərək "Azərbaycan Respublikasınln Sindo-ryu və Pençak Silat Federasiyası" kimi qeydiyyata alınıb. 2021-ci ildən etibarən İlham Rəhimov Federasiyanın Prezidenti vəzifəsindən istefa verib və Prezidentliyə Hünbətov Abbasın namizədliyini təklif edib.
Federasiyanın Prezidenti Hünbətov Abbas müxtəlif döyüş növləri üzrə yüksək nəaliyyətlər qazanaraq V dan qara kəmərə sahib olub. 2001-ci ildə kişilər arasında Dünya çempionu, 2017-ci ildə yaşlılar arasında Avropa çempionu adını qazanan Hünbətov Abbasın tələbələri arasında Dünya, Avropa çempionları Azərbaycan bayrağını Beynəlxalq yarışlarda yüksəklərə qaldırıblar.
Həmin bu şikayət məktubunu Beynəlxalq Federasiyaya ünvanlayan Məqami Bayramov da məhz Hünbətov Abbasın tələbəsi olub. Abbas müəllim Məqamiyə 15 il təmənnasız dərs keçməklə yanaşı daxili və xarici yarışlarda, seminarlarda xərclərini özü ödəyib.
Məqami Bayramov 2016-cı ilə qədər həm yığma komandanın üzvü, həm də Federasiyada gənclər üzrə baş məşqçi olub.2016-cı ildən Rusiya vətəndaşlığını qəbul edib və Rusiya yığma komandasının üzvü olub.
2017-ci ildə Bakıda keçirilən Avropa çempionatında Rusiyanı təmsil edib və 2-ci yerə layiq görülüb.
Belə qənaətə gəlmək olar ki, Məqami Bayramov kimlərinsə məqsədyönlü niyyətinin həyata keçirilməsi üçün Federasiya daxilində pozuculuq işləri aparmağa başlayib və Federasiyanın nizamnaməsinə qarşı çıxır.
Amma Rusiya vətəndaşı olmağına baxmayaraq Məqami Bayramov aldığımız məlumata görə "Sərhəd Qoşunların"da işləyir.
Araşdırmalarımız davam edir, sözü gedən hər kəsin mövqeyini dərc etməyə hazırıq.