Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2102 nəfər yoluxub, 863 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 505 554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 479 675 nəfər müalicə olunaraq sağalıb, 6 793 nəfər vəfat edib, aktiv xəstə sayı 19086 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 189, ötən müddət ərzində isə ümumilikdə 5 044 744 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 31 060 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 456 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 226 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 976 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 249 138 təşkil edir.