Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 735 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 31 417 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 071 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 138 351, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 942 003, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 196 348 təşkil edir.
Digər xəbərlər
loading...