Oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Goranboy rayon prokurorluğundan MilliYol.Az-a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
14.42
Hadisəni törədən törədən şəxs Mirhadi Bağırov saxlanılıb. O Dövlət Aqrar İnkişaf Mərkəzinində mühasib işləyib və iş mübahisəsi zəminində bir bıçaq vuraraq qətlə yetirib.
Mirhadi Bağırov Goranboy RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini olmuş, polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur.
14.32
Goranboyda qətl hadisəsi baş verib.
MilliYol.Az APA-ya istinadla xəbər verir ki, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib.
Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.