Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir əmr verib.
Mia.az-a daxil olan məlumata görə, nazirin əmri ilə Daxili İşlər Nazirliyi Baş Katibliyinin rəisi, general-mayor Nüsrət Şirinova yeni vəzifə verilib. N.Şirinov bundan sonra Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini icra edəcək.
Xatırladaq ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev bir müddət öncə pensiya yaşının çatması ilə bağlı işdən çıxarılıb.
Femida.az-ın məlumatına görə isə 39-cu polis bölməsinin rəis müavini polis mayoru Anar Məmmədov tutduğu vəzifəsindən azad edilərək Səbail rayonu 9-cu polis bölməsinin rəis müavini vəzifəsinə təyin olunub.
Onun yerinə 9-cu polis bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışmış polis kapitanı Müşfiq Gözəlov təyinat alıb.
Qeyd edək ki, Müşfiq Gözəlov Şuşanın qətlə yetirilmiş keçmiş İcra başçısı Mikayıl Gözəlovun oğludur.
MilliYol.Az
Digər xəbərlər
loading...