Türkiyənin Batman əyalətində yaşayan Orxan Çelik adlı bəy toy günü həbs edilib.
Yüngül cinayət üzündən həbs olunan bəy toyda iştirak etmək üçün ədliyyə orqanlarından icazə istəyib. Hüquq-mühafizə orqanları onun müvəqqəti olaraq təcridxanadan çıxmasına icazə verib. Bəyin icazə müddəti bitsə də, o, həbsxanaya qayıtmayıb. Nəticədə polis onu yenidən nəzarətə götürüb.
Məlum olub ki, Orxanın icazə günləri toyun tarixi ilə üst-üstə düşməyib. O, toyunda iştirak etmək üçün həbsxanaya gec qayıtmağa qərar verib. Asayiş keşikciləri isə ona güzəşt etməyib. Bəyin həbs olunması ilə gəlin kürsüdə tək əyləşməli olub. Xanımın toy boyu qəmgin olduğu diqqət çəkib. O, açıqlamasında ömrünün sonuna kimi həyat yoldaşını gözləyəcəyini bildirib.(atv.az)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...