Kipr polisi (yunan Kipri - red.) bu ölkədə yaşayan “nüfuzlu biznesmeni” öldürmək üçün göndərildiyi ehtimal edilən azərbaycanlı killeri yaxalayıb.
Bu haqda in-cyprus.philenews.com portalı polisdəki mənbələrə istinadən bildirir.
Məlumata görə Rusiya pasportu daşıyan 38 yaşlı azərbaycanlı bu həftənin bazar ertəsi, sentyabrın 27-də Kiprin yunan hissəsi ilə türklər yaşayan hissəsi arasındakı Aqios Dometios nəzarət-buraxılış məntəqəsini keçdikdən tezliklə sonra Nikosiyada saxlanılıb. Polis bir neçə gündür onu izləyirmiş, saxlanılarkən bu şəxsin avtomobilində səsboğucu ilə təchiz edilmiş tapança aşkarlanıb
Polis ehtimal edilir ki, şübhəli şəxs Nikosiyada qətl törətməyi planlaşdırıbmış. Belə aydın olur ki, saxlanılan azərbaycanlı tək olmayıb, onunla birlikdə daha bir neçə azərbaycanlı Kiprə gedib. Məlum olub ki, azərbaycanlılar bir neçə gün əvvəl Kirpin Larnaka aeroportuna enən təyyarədə olublar. Onlar daha sonra adanın türk hissəsinə (tanınmamış Şimali Kipr Türk Respublikasına,-red.) keçiblər. Lakin bazar ertəsi onlar yenidən Kipr respublikasına geri qayıdıblar.
Polis istisna etmir ki, bu şəxslərin qurbanı son illər Kiprdə yaşayan və işləyən israilli biznesmen ola bilərdi. Lakin dəqiq dəlillər olmadığından bu barədə rəsmi açıqlama verilmir, şübhəli şəxs isə susur və istintaqla əməkdaşlıqdan imtina edir.// virtualaz.org