General-mayor Mehman Təhməzov vəfat edib.
BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının İNTERPOL-un Milli Mərkəzi Bürosunun sabiq polis rəisi general-mayor Mehman Təhməzov böyrək çatışmazlığından bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Mehman Təhməzov əvvəllər Salyan RPŞ-nin rəisi, Binəqədi RPİ-nin rəisi, Xətai RPİ-nin rəisi vəzifələrində işləyib.
Xatırladaq ki, Mehman Təhməzov 2019-cu ildə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.
Allah rəhmət eləsin!
Digər xəbərlər
loading...