Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 885 yeni yoluxma faktı qeydə alınıb, 2114 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 482 286 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 455 082 nəfər müalicə olunaraq sağalıb, 6 498 nəfər vəfat edib, aktiv xəstə sayı 20706 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 525, ötən müddət ərzində isə ümumilikdə 4 839 863 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 67400 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16357, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51043 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8417975, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4730132, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3687843 təşkil edir.