“Bu il dördüncü dəfə keçirilən TEKNOFEST ölkəmizə və gələcəyimizin qarantı olan gənclərimizə xeyirli-uğurlu olsun".
MilliYol.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan "Twitter" səhifəsi üzərində yazıb.
Prezident Ərdoğan eyni zamanda qeyd edib ki, gələn ildən başlayaraq TEKNOFEST beynəlxalq markaya çevriləcək:
"İnşallah gələn ildən etibarən TEKNOFEST-i beynəlxalq markaya çevirəcək, Can Azərbaycandan başlayaraq dost və müttəfiq ölkələrdə təşkil edəcəyik".
Digər xəbərlər
loading...