Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 029 yeni yoluxma faktı qeydə alınıb, 2 680 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 480 843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 451 727 nəfər müalicə olunaraq sağalıb, 6 433 nəfər vəfat edib, aktiv xəstə sayı 24 334 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 274, ötən müddət ərzində isə ümumilikdə 4 814 503 test aparılıb.
Ötən gün ərzində 56 355 nəfər vaksinasiya olunub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 643, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 218 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 8 293 590, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 700 096, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 593 494 təşkil edir.