Siqaret çəkən insanların koronavirusu yüngül keçirməsi ilə bağlı cəmiyyətdə fikirlər səsləndirilir və bu da onunla əsaslandırılır ki, nikotin koronavirusun ağciyərə düşməsini əngəlləyir.
Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bu fikirlərin əsassız olduğunu bildirib.
O qeyd edib ki, siqaret çəkməyin və nikotinin xəstəliyin daha yüngül keçməsinə səbəb olması fikri əsaslı deyil:
“Əksinə uzun müddət siqaret çəkən insanların tənəffüs yollarında xronoki iltihablaşma gedir ki, bu da həmin insanlarda koronavirusa yoluxma zamanı daha ciddi ağırlaşmalara səbəb ola bilər”.
Mənbə: Trend
Digər xəbərlər
loading...