Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnikini təqaüdə göndərib.
Oxu.Az-ın məlumatına görə, nazirin imzaladığı müvafiq əmrə əsasən, polis polkovniki Faiq Şabanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsindən azad olunub.
Qeyd edək ki, F.Şabanov 2013-2018-ci illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
DİN-dən məlumat saytımıza təsdiq edilib.
Digər xəbərlər
loading...