Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.
MilliYol.Az “Qaynarinfo”ya istinadən məlumatına görə, Eldar Əzizovun müvafiq əmri ilə polis general-mayoru Sahib Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müşaviri təyin olunub.
Qeyd edək ki, polis general-mayoru Sahib Mirzəyev bundan əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi olub. O, ötən ilin iyulunda Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.
Xatırladaq ki, bu il iyulun 9-da general-mayor Sahib Mirzəyevin qardaşı, Binəqədi RPİ 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev xidməti otağında özünü silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürüb.