UFO -ların varlığı illərdir tam olaraq sübuta yetirilməyib. Lakin haqqında araşdırmalar, yeni məlumatlar da səngimir. Betty və Barney Hill cütlüyünün qaçırılması hadisəsi də UFO tədqiqatına yeni bir nəfəs verib. Yadplanetlilərlə bağlı çoxlu hadisələr və araşdırmalar olsa da, onların varlığı açıq şəkildə açıqlanmır.
Qaynarinfo Musavat.com-a istinadən sözügedən hadisə haqqında maraqlı məlumatları təqdim edir.
1961-ci ildə baş verən bir hadisə, UFO-ların mövcudluğuna dair ən ciddi dəlilləri ortaya qoyub. Bu işi əhəmiyyətli edən başqa bir şey isə Barney və Betty Hillin yadplanetlilər tərəfindən qaçırılan ilk və yeganə insanlar olmasıdır.
Amerikalı cütlük Betty və Barney Hill, tətildən itləri ilə birlikdə qayıdarkən, Nyu Hempşirdə (Amerika Birləşmiş Ştatlarında yerləşən ştat) qırmızı işıq yayan bir obyekt görüb. İşıq görəndə maşını dayandıran Barney Hill obyektə daha yaxından baxmaq üçün avtomobildən düşüb və içərisində 10 yadplanetli olan kosmik gəmi görüblər. Gördüklərindən dəhşətə gələn Barney, kosmik gəminin hərəkət etməsindən qorxaraq qaçmağa çalışıb və sonrakı 2 saat tam bir sirdir. Bu hadisədən 2 saat sonra evlərinə gedən cütlük tamamilə özlərində olmayıb və qəribə davranmağa başlayıblar. Tez-tez duş qəbul edən cütlük, evə necə gəldiklərini və son 2 saatda baş verənləri xatırlamadıqlarını bildirib.
Cütlük tezliklə bu hadisəni ABŞ Ordusunda çalışan dostlarına çatdırıb və hadisə araşdırılmağa başlanılıb. Bu hadisədən sonra cütlük hər gecə kiçik boz canlıları görməyə başlayıblar. Təxminən 2 ildən çox hər gecə eyni kabus görən cütlük, nəhayət hipnoz texnikasına baş vurub. Hipnoz zamanı Betti ona hamiləlik testinin tətbiq edildiyini və üzərində ağrılı təcrübələr aparıldığını söyləyib. Bundan əlavə, boz canlılardan birinin ona ulduz cədvəli göstərdiyini izah edib. Betty yadplanetlilərin ingilis dilində ünsiyyət qurduğunu söyləsə də, həyat yoldaşı telepatik şəkildə ünsiyyət qurduqlarını bildirib. Mütəxəssislər Barneyin gördüyü uçan boşqabın, Bettinin isə hipnoz təsiri altında təsvir etdiyi ulduz cədvəlinin eskizini çəkiblər.
Sözügedən hadisənin mediadan gizli saxlanılmasına çalışılsa da, bu hadisə bir müddət sonra ortaya çıxıb. Bir çox psixoloq və UFO mütəxəssisləri mövzu ilə bağlı araşdırma aparsalar da, bu iş barədə konkret bir nəticəyə gələ bilməyiblər. Bu hadisə o vaxt nəticəsiz olsa da, illər sonra Betty Hillin söylədiklərinin çoxunun doğru olduğu qənaətinə gəlinib.
Misal üçün;
Bettinin təsvir etdiyi ulduz xəritəsində illər sonra kəşf edilən Zeta Reticuli ulduz sistemi ortaya çıxıb.
Bettinin paltarında anormal bioloji material aşkar edilib.
Göbəyinə iynə vurularaq edilə biləcək bir hamiləlik testi tapılıb.
Bütün bunlara rəğmən, Betty və Barney Hill cütlüyünün başına gələ "UFO hadisəsi”nin hələ də uydurma olub-olmaması məsələsi sübuta yetirilməyib.