Mübariz Mənsimovun "Palmali" Şirkətlər Qrupundakı vəzifəsindən azad etdiyi Alaattin Aykaçla bağlı yeni məlumatlar yayılıb.
MilliYol.Az Türkiyə mediasına istinadən xəbər verir ki, sabiq TFF rəsmi "Beşiktaş" azarkeşləri onun klubun üzvlüyündən çıxarılmasını tələb edib. Buna səbəb Alaattin Aykaçın Serbiya vətəndaşlığını qəbul etməsi olub.
Yıldırım Demirörenin vaxtında "Beşiktaş"da fəaliyyət göstərən, daha sonra TFF-də vəzifə tutan Alaattin Aykaçın Serbiya vətəndaşlığını qəbul etməsi fanatların etirazına səbəb olub.
Azarkeşlərin kluba göndərdiyi məktublarda onun Ermənistanın azərbaycanlılara qarşı soyqırımını tanımayan 4 ölkədən biri olan Serbiya vətəndaşlığını qəbul etdiyinə görə klub üzvlüyündən kənarlaşdırılmasını tələb edilir.
Həmçinin "BJK TV"nin açılmasında yaxından iştirak etdiyi və həmin dönəmin maliyyə xərclərinin araşdırılması tələb olunur.
Məlumat üçün bildirək ki, "Beşiktaş" fanatları ötən mövsüm də Alaattin Aykaçın klubdan qovulmasını istəmişdi. Belə ki, onun ötən mövsüm baş tutan "Fnərbaxça" - "Beşiktaş" derbisindən sonra "Fənərbaxça" prezidenti Aziz Yıldırımın qarşısında yerdə oturması fanatların qəzəbinə səbəb olmuşdu.
Qeyd edək ki, Alaattin Aykaç 8 il Palmali Dənizçilik şirkətinin baş direktoru vəzifəsində çalışıb, 8 ay əvvəl Mübariz Mənsimov tərəfindən işdən çıxarılıb. Daha sonra isə onun şirkətə aid hissə və daşınmaz əmlakları hələ də geri qaytarmadığı ortaya çıxıb.
Şirkətin mallarını və hissələrini əmanət olaraq qəbul edən Alaattin Aykaçın onları geri qaytarmadığı, Palmali Dənizçilik şirkətində saxtakarlıqlar etdiyi və bunların üzə çıxmasından sonra "Palmali"nin sahibi Mubariz Mənsimov tərəfindən işdən qovulub. Məlumata görə, o, şirkətin adından qatıldığı tenderlərdə "Palmali"yə maliyyə baxımından ziyana salan addımlar atıb, rəqib şirkətlərin leyhinə tenderlərdən çəkilib.
İddialara görə, Aykaç şirkətin pulu ilə böyük miqdarda qumar oynayıb, İstanbulda olan lüks əmlakları isə şirkətə təhvil verməyib. Şirkət nümayəndələri edilən bütün ödənişləri, pul tranfertlərini araşdırır. Araşdırmalardan məlum olub ki, "Palmali" şirkətindən Kiprdəki bir şirkətə ödəmə edilib. Şirkətin Aykaçın bir yaxınının üzərinə qeydiyyatda olduğu, bu şirkətlə əməkdaşlıq edilmədiyi halda böyük miqdarda ödəmə edildiyi iddiası da gündəmdədir. Aykaçın xaricdə qumar oynadığı zaman ödənişləri şirkət kartlarından etdiyi deyilir. Həmin ödənişlərin milyonlarla dollar olduğu iddia olunur.
23 il "Palmali" Dənizçilik şirkətində çalışan, 8 il baş direktor vəzifəsini tutan Alaattin Aykaç haqqında şirkətə ziyan vurmaq, şirkətin mal varlığını geri qaytarmamaq iddiası ilə məhkəməyə müraciət olunacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...