Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov vəfat edib.
Bu barədə MilliYol.Az-a Komitədən məlumat verilib. Qeyd edilib ki, Alim Süleymanov koronavirus səbəbindən vəfat edib.
Qeyd edək ki, A.Süleymanov 22 sentyabr 1955-ci ildə Zəngilan rayonunda anadan olub. O, 2015-ci ildən Komitənin Aparat rəhbəri vəzifəsində çalışırdı.
A.Süleymanov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ölkə Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Digər xəbərlər
loading...