“Yaqub Zurufçunun vəziyyəti stabil ağır olaraq qalır”.
Bu sözləri oxu.az-a Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu deyib.
O bildirib ki, həkimlər onun vəziyyətini mütəmadi izləyir:
“Hələ ki, heç bir yenilik yoxdur. Vəziyyəti ciddi nəzarətdə saxlanılır. Həkimlər tərəfindən bizə yeni bir məlumat verilməyib. Vəziyyəti stabil ağır olaraq qalır”.
Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub. Onu dərhal “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdiriblər. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır stabil olaraq qiymətləndirirlər.
Qeyd edək ki, Y. Zurufçunun müalicəsini Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb.
Digər xəbərlər
loading...