Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fərəh Şirməmməd qızı Əliyeva "Şöhrət” ordeni ilə təltif edilib.
MilliYol.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, F.Əliyeva Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir. Sentyabrın 7-də onun 60 yaşı tamam olur.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov "Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 18 aprel 2006-cı il tarixli sərəncamı ilə maliyyə naziri təyin edilib.