Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
MilliYol.Az xəbər verir ki, Sərəncama əsasən XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Astanov Elvin Əmrah oğlu
Heydari Hamed Moharramali oğlu
Salei Raman Sergeyeviç
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Aslanov Orxan Əlövsət oğlu
Hacıyeva Şəhanə İbadət qızı
Hüseynova Xanım Akif qızı
İsrafilov Vəli Rəşadət oğlu
Kərimova Dürsədəf Muxtar qızı
Rəhimli Hüseyn Natiq oğlu
Şirinli Vüqar Tofiq oğlu
Vəliyeva Lamiyə Rövşən qızı
Vəliyeva Sevda Rasim qızı
Zəkiyev İlham Əzizağa oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Abaslı Namiq Zülfüqar oğlu
Məmmədov Pərvin Rasim oğlu
Nəcəfzadə Səid Əli oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Culfayev Alavərdi Abasoviç
Məmmədov Rəşad Nizami oğlu
Zayets Vladimir Vladimiroviç
“Tərəqqi” medalı ilə
Ağakişiyev Fərid İbili oğlu
Əliyev Elvin Adil oğlu
Əliyev Elvin Elman oğlu
Əliyev Rəşad Rauf oğlu
Əliyev Tofiq Zöhrab oğlu
İbrahimov İbrahim Eldar oğlu
Məmmədov Rasim Məmməd oğlu
Məmmədov İmamverdi Ağaverdi oğlu
Nağıyev Mehdi Əli oğlu
Panyutin Oleq Viktoroviç
Zahidov Azad Zakir oğlu
Prezident Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında da Sərəncam imzalayıb.
“Şöhrət” ordeni ilə
Rəhimov İlqar Elxan oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Məmmədov Kamal Cabir oğlu
Dövlət başçısı Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında da Sərəncam imzalayıb.
İbişov İlqar Əsgər oğlu
İbrahimov Ramin İbrahim oğlu
Kirillov Fyodor Borisoviç
İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında da Sərəncam imzalayıb.
birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat;
ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat;
üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.