Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Qarayazı Dövlət Təbiət Qoruğuna yeni rəis təyin edib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Muxtar Babayevin müvafiq əmri ilə Tağıyev Vüqar Əziz oğlu qoruğun rəisi təyin olunub.
Qeyd edək ki, Vüqar Tağıyev bundan əvvəl Ağstafa rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub.
Xatırladaq ki, Qarayazı Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 2 mart 1978-ci il tarixli qərarına əsasən Qazax rayonu ərazisində - Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrndə 6000 hektara yaxın ərazidə yaradılıb. Lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verilib və 4855 hektar ərazisi qalıb. 2003-cü ilin iyun ayında Nazirlər Kabinetinin Qərarı ilə qoruğun ərazisi genişləndirilərək 9658 hektara çatdırılıb.