Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4241 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 413 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 358 230 nəfər müalicə olunaraq sağalıb, 5 512 nəfər vəfat edib, aktiv xəstə sayı 50244 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 871, ötən müddət ərzində isə ümumilikdə 4 414 517 test aparılıb.
Son gündə koronavirus əleyhinə 101101 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40451 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 6594858, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3990054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2604804 təşkil edir.