Azərbaycan para-atleti Həmid Heydəri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
MilliYol.Az xəbər verir ki, idmançı nizə atma növü üzrə yarışda 1-ci yeri tutub.
51.42 metr nəticə göstərən Heydəri dünya rekordunu da yeniləyib.
Qeyd edək ki, aktivində 7 qızıl, 2 bürünc medal olan Azərbaycan 7-ci pillədə qərarlaşıb.
13.56
Azərbaycan paracüdoçusu Hüseyn Rəhimli Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.
MilliYol.Az xəbər verir ki, 81 kq-da çıxış edən idmançı finalda özbəkistanlı Davurxon Kəramətovu məğlub edib.
Bununla da Azərbaycanın paralimpiadada qazandığı qızıl medalların sayı 6-ya çatıb.
13.10
Azərbaycanın daha bir qadın paracüdoçusu Xanım Hüseynova Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.
MilliYol.Az xəbər verir ki, 63 kq-da yarışan idmançı ukraynalı İrina Qusyeva ilə qarşılaşıb.
Rəqibinə vazari xalı ilə qalib gələn Hüseynova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 5-ci qızıl, ümumilikdə isə 7-ci medalı olub. Daha əvvəl paracüdoçulardan Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), həmçinin üzgüçü Roman Saley paralimpiya çempionu olub. Digər paracüdoçu Namiq Abaslı (66 kq) və pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə bürünc medala sahib çıxıblar.
12.00
Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.
MilliYol.Az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib.
Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempionu olub.
Qeyd edək ki, bu, Azərbaycan komandasının Tokio 2020-də dördüncü qızıl medalıdır. Vəliyevaya qədər cüdoçular Şəhanə Hacıyeva, Vüqar Şirinli və üzgüçü Roman Saley Paralimpiya çempionu olub.