Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 203 yeni yoluxma faktı qeydə alınıb, 1 724 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 409 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 864 nəfər müalicə olunaraq sağalıb, 5 469 nəfər vəfat edib, aktiv xəstə sayı 49412 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 136, ötən müddət ərzində isə ümumilikdə 4 395 646 test aparılıb.
Son gündə koronavirus əleyhinə 74220 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44691, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29529 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 6493757, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3929404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2564353 təşkil edir.