Məşhur tikinti şirkəti olan “Akkord General Construction” MMC məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, məhkəmə iddiasını “Fortis Group” MMC qaldırıb. Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddia alqı-satqı üzrə mübahisələr barədədir.
“Fortis Group” MMC 19 noyabr 2004-cü ildə 25 000 000 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Bayramov Elşad Sərdar oğludur.
“Fortis Group” MMC “Azbentonit” MMC-nin bazasında yaradılıb. Yəni, 2004-cü ildə yaradılan “Azbentonit” MMC 2015-ci ildə “Garant Sənaye İnşaat” MMC-yə, daha sonra isə “Fortis Group” MMC-yə çevrilib.
Araşdırmalar zamanı aydın olur ki, “Fortis Group” MMC “Garant Holdinqi”n törəmə müəssisəsidir. “Garant Holdinq” isə keçmiş Nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.
Bəzi məlumatlara görə, “Garant Holdinq”ə daxil olan bəzi şirkətlər Ziya Məmmədovdan alınıb. Lakin bu bütövlükdə holdinqin əldən çıxması demək deyil. Yəni, “Garant Holdinq” hələ də keçmiş nazirin nəzarətindədir.
Məlumat üçün deyək ki, “Fortis Group” MMC “Akkord”dan əvvəl Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus “Gilan Holdinq”i məhkəməy vermişdi.