Sentyabrın birindən yeni məhdudiyyətlər tətbiq olunacaq.
MilliYol.az xəbər verir ki, bu barədə Operativ Qərargahın keçirdiyi birinfqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, dünyadan pandemiya davam edir və son günlər azərbaycanda da yüksək yoluxma rəqəmləri açıqlanır.
Qeyd edək ki, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
- ictimai iaşə müəssisələrində;
- mehmanxanalarda;
- iri ticarət mərkəzlərində.
Eyni zamanda COVID-19 pasportu ali təhsil müəssisələrində tələbələrdən də istəniləcək.
Digər xəbərlər
loading...