"Qarabağ" Avropa Liqasının qrup mərhələsində V turun oyuna çıxıb. MilliYol.Az xəbər verir ki, Azərbaycan çempionu Çexiyada “Slovan”ın qonağı olub.
Bu oyun Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv üçün tarixi əhəmiyyət daşıyırdı. Çünki təmsilçimiz qələbə qazanmaqla qitə miqyaslı turnirdə 1/16 finala vəsiqəni təmin edə bilərdi. Lakin oyun komandamız üçün istənilən hesabla yekunlaşmayıb. Belə ki, "Qarabağ" səfərdə 0:3 hesabı ilə yenilib.
Qrupun digər oyunda PAOK səfərdə "Fiorentina"ya qalib gəlib - 3:2. İndi PAOK-la "Qarabağ"ın 7 xalı var və 2-3-cü pillələri bölüşür. Bu səbəbdən ikinci yerin sahibi son turda müəyyənləşəcək. Dekabrın 8-də baş tutacaq son turun oyunlarında "Qarabağ" "Fiorentina"nı, PAOK "Slovan"ı qəbul edəcək.
Avropa Liqası
Qrup mərhələsi
J qrupu, V tur
24 noyabr
Slovan (Çexiya) - Qarabağ (Azərbaycan) 3:0
Qollar: Eqon Vux (ötürmə - Lukaş Bartoşak), 11. Nikolay Komliçenko, 57-pen; 63 (ötürmə - Eqon Vux).
Slovan: 19. Martin Dubravka, 2. Radim Breyte, 4. Andrey Karafiat, 5. Vladimir Kufal, 10. Zdenek Folprext, 21. Nikolay Komliçenko (24. Daniel Bartl, 86), 22. Petr Şevçík (9. Jan Navratil, 80), 23. Eqon Vux (14. Andrey Blaha, 90), 26. Lukaş Bartoşak, 28. Ubonq Ekpai, 29. Lukaş Pokorni (k).
Ehtiyat oyunçular: 17. Vaklav Xladki, 13. Miroslav Markoviç, 16. İqor Sukennik, 18. İlya Kubişkin, 24. Daniel Bartl.
Baş məşqçi: Yindrix Trpişovski.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Migel Madera (22. Əfran İsmayılov, 52), 10. Muarem Muarem (9. Reynaldo Silva, 60), 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Nikolay Komliçenko, 45+1. Radim Breyte, 75 - Migel Madera, 40. Maksim Medvedev, 56.
Hakimlər: Stefan Yohanesson, Fredrik Nilsson, Mehmet Culum, Maqnus Syöblom (İsveç).
Əlavə köməkçi hakimlər: Andres Ekberq, Kristofer Karlsson (İsveç).
Hakim-inspektor: Stefano Podesçi (San Marino).
UEFA nümayəndəsi: Roy Ketkart (Şimali İrlandiya).
Liberets. “U Nişi” stadionu.
1 | Fiorentina | 5 | 3 | 1 | 1 | 13-5 | 10 |
2 | Qarabağ | 5 | 2 | 1 | 2 | 6-10 | 7 |
3 | PAOK | 5 | 2 | 1 | 2 | 5-6 | 7 |
4 | Slovan | 5 | 1 | 1 | 3 | 7-10 | 4 |
MilliYol.Az
Digər xəbərlər
loading...