Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Zaur Hüseynov saxlanılıb.
Bu barədə MilliYol.Az-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Verilən məlumata görə, keçirilən baxış zamanı onun üzərindən psixotrop maddə metamfetamin, yaşadığı evdən isə lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə rayon sakinləri E.Tağıyev, T.Mikayıllı, M.Əzimov, E.Mahmudov, İ.Şəfiyev, R.Rzayev, E.Abbaszadə, T.Rzayev, İ.Ələkbərov və F.Rzayev saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.