Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan Dağlıq Qarabağla bağlı “Kerri planı”nın olduğunu açıqlayıb.
“Lavrov planı”nın mövcud olmadığını deyən Koçaryan Ermənistanın “Kerri planı”nı təklif etdiyini bildirib.
“Bu Qarabağın müstəqilliyinin tanınmasıdır”, - deyə o qeyd edib.
Ermənistan XİN rəsmisi bu açıqlaması ilə ABŞ-ın, daha dəqiq desək Obama Administrasiyasının xain planını etiraf etdi. Hansı ki, Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağın müstəqilliyini tanımağımız üçün bizə təzyiq edirlər” mesajını da aydınlaşdırmış oldu.
ABŞ-ın hazırki dövlət katibi Con Kerri məlum “907-ci düzəliş”in müəlliflərindən biri olub. Həklə 90-cı illərdə Qarabağın ermənilərə verilməsi ilə bağlı Mixail Qorbaçova müraciət edib. O, son 4 ildə diplomatik fəaliyyəti boyunca erməni maraqlarının müdafiəçisi kimi tanınıb.
Koçaryanın açıqlamasından sonra bir daha məlum olur ki, Qarabağın müstəqilliyinin tanınması üçün Azərbaycana zaman-zaman təzyiqlər olub və bütün bu proses “Kerri planı” adı ilə tanınıb. Bu məsələ ötən ilin sonunda daha qabarıq şəkildə ortaya çıxıb.(Publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...