Bakının Suraxanı rayonunun yolları cəhənnəmə bənzəyir. 7News.Az-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsinə gediş-gəliş mümkün deyil.
Rayonun rəhbəri İlqar Abbasov heç bir tədbir görmək istəmir. Rayonun ara yollarının asfaltlanmasına ayrılan pullar mənimsənilib.
Prezident bu vəsaitləri ayırıb ki, rayonların ara yolları yaxşılaşdırılsın. Suraxanı icra başçısı isə rayonun mərkəzi yollarını yamaq etməklə qalan pulları çırpışdırıb.
Qəsəbə sakinlərinin sözlərinə görə, təkcə Qaraçuxur deyil, Bülbülə, Əmircanın da yolları bərbad vəziyyətdədir. İcra hakiminin vecinə deyil ki, bu yollarda insanlar nə gəzir. Qaraçuxurun "Ərəblinski” adlanan massivində yollar daha dəhşətli fəlakət içindədir.
Bakı şəhərinin digər ətraf qəsəbələri kimi Qaraçuxur, Bülbülə qəsəbələrində də bütün məhəllədaxili yolların abadlaşdırılması "Bakı və ətraf qəsəbələrin inkişafına dair” III Dövlət Proqramına daxil edilib. Amma İ.Abbasov bu proqramı dəfn edərək maliyyəni qəhətə çıxarıb.
7News.Az xəbər verir ki, 11 ildir bu rayona rəhbərlik edən İlqar Abbasov haqqında daim ziddiyyətli informasiyalar dərc edilir.
Mətbuatın müxtəlif vaxtlarda dərc etdiyi araşdırmalarda Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun ifşa edilmiş "MTN çetesi”nin rəhbəri Eldar Mahmudovla və hal-hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla əlaqələrinin olması qeyd edilir.
Bundan başqa İlqar Abbasovun göstərişi ilə rayon ərazisində inşa olunan bütün tikililərin layihələri məhz başçıya məxsus şirkət tərəfindən hazırlanmalıdır.
Əks halda həmin şəxsin inşa etdirmək istədiyi evin eskiz layihəsi başçıya məxsus şirkətdə deyil, məhz vətəndaşın özünün istədiyi təşkilatda çəkilərsə o halda həmin sənəd müxtəlif bəhanələrlə ya qəbul edilmir, ya da qəbul olunması üçün fantastik məbləğ tələb olunur.
MilliYol.Az
Digər xəbərlər
loading...