Lerikdə turizm sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərintac İsmayilova Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) və digər aidiyyatı qurumlardan şikayət edir.
Realliq.TV xəbər verir ki, ETSN Zərintac xanıma bir neçə il öncə aqrobağ salınması üçün icarəyə verilmiş 5 hektar ərazinin müqaviləsinə vaxtından əvvəl xitam verib və əkdiyi qoz bağını sıradan çıxardıb. Zərintac xanımın iddiasına görə ona 48 min AZN ziyan dəyib. Aqrobağ salınması üçün Zərintac xanıma verilmiş digər 1 hektarlıq ərazinin də müqaviləsinə xitam verilmədən başqa bir adama yenidən icarəyə veriblər. Sahibkarın iddiasına görə ETSN müqavilələrə xitam verilməsi ilə barışmayacağı halda, məhkəmədə iddia qaldırmağa davam edəcəyi halda onun əsas biznes fəaliyyəti olan Lerik yolunda meşə fondunda yerləşən Cənub Turizm mərkəzinin müqaviləsinə xitam verəcəkləri ilə şantaj edirlər. Müqaviləyə artıq vaxtından əvvəl xitam verilib və İstirahət mərkəzinin ərazisində aparılan tikinti işləri (yüngül konstruksiya) dayandırılıb.
“Ecofront” əməkdaşları Zərrintac xanımın aqrobağ salınması məqsədi ilə götürdüyü ərazilərə baxış keçirib. Ərazidə heç bir ağac kəsilməsi qeydə alınmayıb:
“İstirahət mərkəzində isə bir böyük bir neçə yardımçı (tualet və s.) əsaslı tikili və asfalt örtüyü var. Zərintac xanım bu tikintilərlə bağlı apellyasiya məhkəməsinin onun xeyrinə qərar verdiyini bildirir.
Zərrintac xanım sözü gedən hər iki ərazidə aqrobağın salınmasında israrlı deyil. Boş ərazilərdə əkdiyi qoz ağacları meşə siyasətinə ziddirsə orada meşə cinsi ağaclar və ya ETSN-in verəcəyi əkin planı üzrə digər ağaclar əkməyə hazırdır. Amma bu torpaqların onun əlindən çıxacağı halda başqaları tərəfindən zəbt edilməyini istəmir. 5 hektarlıq yer onun istirahət mərkəzinin yaxınlığındadır. Digər 1 hektar yer isə onun yaşadığı kənddədir.
Cənub İstirahət mərkəzinə gəldikdə isə belə çətin dövrdə zəhmətkeç bir sahibkara 10 il bundan əvvəl ETSN-in razılığı ilə yol verdiyi nöqsana görə heç bir alternativ təklif etmədən problem yaratmaq “cığallıqdır”. Əgər məqsəd meşə fonunu qorumaqdırsa olsun. Biz müqaviləyə xitam verilməsinə və turizm mərkəzinin sökülməsinə qarşı deyilik. Amma bu bir sahibkarın 10 ildən artıq vaxt ərzində çəkdiyi əziyyətə sahiblənmək, onu şantaj etmək mqəsədi ilə seçmə üsulla edilirsə biz Zərrintac xanımı müadafiə edəcəyik.
O yol boyunca və bütün ölkədə meşə fondunda onlara istirahət mərkəzi var və daha böyük əsaslı tikintilər var. Əgər iradə varsa hamı üçün olsun, seçmə üsulla yox. Yaxın illərdə meşə fondunda Marxal istirahət mərkəzi tikildi. əvəzində meşə fonuna eyni ölçüdə kolluq yerdə torpaq verildi. Tufandağ istirahət mərkəzi meşə fondunda tikildi, dəymiş ziyan və əvəzlənmə ilə bağlı ictimaiyyətə hee bir məlumat vermədi. Siyahını uzatmağa çatar.
Zərrintac xanım hansısa qanunu pozubsa ona alterntiv təklif edilməlidi. Dəymiş ziyan varsa ödəsin, eyni qədər ərazi meşə fonduna təhvil versin və s. Onun bu günə qədər çəkdiyi əziyyəti bir imza ilə ləğv etmək düzgün olmazdı. Bütün qaranlıq işlər görən kişi məmurlar toplaşıb gücünüz bir yerli qadın sahibkara çatırsa biz onun yanında olacağıq”.