UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
MilliYol.Az-ın məlumatına görə, Azərbaycanı yeni turnirdə təmsil edəcək 3 klubun potensial rəqibləri müəyyənləşib.
II raundda Rusiya "Soçi"si ilə qarşılaşacaq "Keşlə" rəqibini məğlub edəcəyi halda, növbəti mərhələdə “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
“Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) cütünün qalibi növbəti mərhələdə “Hammarbü” (İsveç) - “Maribor” (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ” isə “Aşdod”u (İsrail) keçəcəyi halda, AEL (Kipr) - “Vlajnia” (Albaniya) cütünün qalibinə rəqib olacaq.
Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları 5 - 12 avqustda olacaq.