Prezident İlham Əliyev daha iki ölkəyə səfir təyin edib.
MilliYol.Az xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamlarla Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycanın Tacikistan Respublikasında, Xəzər Nadir oğlu Fərhadov isə Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Prezidentin digər sərəncamları ilə Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycanın Tacikistan Respublikasındakı, Əli Fikrət oğlu Əlizadə isə Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
17.30
Prezident İlham Əliyev iki ölkəyə səfir təyin edib.
MilliYol.Az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstan Respublikasında, Ülvi Vaqif oğlu Baxşəliyev Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentin digər sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Qazaxıstandakı, Lətif Seyfəddin oğlu Qəndilov Belarusdakı səfiri və eyni zamanda Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.