Slavyan Universitetində növbəti qalmaqal AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ
 

Mikayıl İsmayılovun pul yuyan maşını, milyardların sovrulduğu ünvan - Nobel OİL

Tarix 24.11.16, 11:05

Font ölçüsü : - / +
bitmap-img6

Dövlət Neft Şirkətinin (ARDNŞ) ümumi məsələlər üzrə vitse-prezidenti Mikayıl İsmayılov artıq xeyli müddətdir ki, şirkətdə əsas söz sahiblərindən birinə çevrilib. Hətta zaman-zaman bəzi mətbuat vasitələrində şirkətin məhz Mikayıl İsmayılovun göstərişləri ilə idarə olunduğu vurğulanıb.


Ümumiyyətlə, adıçəkilən məmurla bağlı bu günə kimi müxtəlif KİV-lərdə saysız-hesabsız tənqidlər səsləndirilib, onun sahibi olduğu geniş biznes imperiyası haqda konkret faktlar ortalığa qoyulub. ARDNŞ-də əsas söz sahibinə çevrilən Mikayıl İsmayılova isə “gözün üstə qaşın var” deyən olmayıb.

VİTSE-PREZİDENT HƏRBİ XİDMƏTDƏ OLMAYIB?

Məlumat üçün bildirək ki, İsmayılov Mikayıl İsmayıl oğlu 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olub, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirib və 1988-ci ildə həmin institutu bitirib.

Mikayıl İsmayılov əmək fəaliyyətinə Neft Daşlarında başlayıb. 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışıb. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olub. M.İsmayılov 2003-2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışıb.

2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentidir.

Vitse-prezidentin “vikipediya”da yerləşdirilən tərcümeyi-halında hərbi xidmətdə olub-olmaması barədə heç bir məlumata rast gəlmədik. İllərin xronoloji ardıcıllığına diqqətlə nəzər salanda Mikayıl İsmayılovun hərbi xidmətdə olmadığı aydın olur. Məlumata görə, hazırda Dövlət Neft Şirkətində daxili idarəetməyə Mikayıl İsmayılov nəzarət edir. Ancaq bu nəzarətində Mikayıl İsmayılov “qolçomaq prinsipləri” ilə hərəkət edərək işçiləri qrafik saatlarından sonra da işləməyə macbur edir.

Məsələn, bir müddət əvvəl SOCARda işləmiş Telman Hüseynov mətbuata üz tutaraq: “Ayda 180-186 saat işləyirik. Buna baxmayaraq, ayda cəmi 324 manat maaş alırdıq. Bayram, şənbə, bazar günlərinə, gecə saatlarına görə əməkhaqqı ödənilmirdi. Mən idarənin rəisi Şahbala Quliyevə müraciət etdim. O isə cavabında dedi ki, mənim sizə veriləcək artıq pulum yoxdur. 2001-ci ildən adıçəkilən idarədə müxtəlif vəzifələrdə çalışmışam. 2004-cü ildən idarədə 13-cü dərəcəli “Avtodəstə” rəisi vəzifəsinə təyin edildim. 2007-ci ildən isə məni çıxarıb aşağı vəzifəyə təyin etdilər. 2008-ci ildən idarənin yeni rəisi Şahbala Quliyev olub. O işçilərin əmək hüquqlarını pozaraq onlara işlədikləri saatın müqabilində çox az maaş verib. Mən onun bu hərəkətlərindən Neft Şirkətinin rəhbərliyinə və şəhər prokurorluğuna müraciət edəcəyimi bildirdim. Şahbala Quliyev mənə dedi ki, sən kimsən mənə nəsə edəsən? Mənim arxamda Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyev, ARDNŞ-in vitse-prezidenti Mikayıl Ismayılov və başqaları dayanır. 2007-ci ildən bəri idarədə müxtəlif təzyiqlərlə üzləşdim. Ona görə də 2010-cu ilin oktyabrında məcburiyyət qarşısında istefa verərək təqaüdə çıxdım. İdarədə il yarım ərzində mənə çatacaq 5 min manat əməkhaqqını Şahbala Quliyev mənimsəyib. Son nəticədə şikayət ərizələri araşdırılarkən işçinin hüquqları yox, Dövlət Neft Şirkətinin məmurlarının maraqları əsas götürülüb”- demişdir.

MİKAYIL İSMAYILOV HƏM DƏ EVLƏR KRALI İMİŞ

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, 2013-cü ilin prezident seçkiləri zamanı prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu adını çəkmədiyi “evlər kralı” olan məmurdan bəhs edib. Prezidentliyə namizədlərin İTV-də 3 oktyabr 2013-cü il tarixdəki debatında ADP sədri ölkədə evsiz gənclərin problemindən danışarkən maraqlı bir məlumat açıqlayıb. O bildirib ki, ölkədə 10 minlərlə vətəndaş evsiz olduğu halda Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentlərindən birinin Bakıda 200-ə yaxın mənzili var. Və həmin vitse-prezident bu evlərin kirayəyə verilməsi ilə məşğul olan ayrıca bir idarə yaradıb, hər ay külli miqdarda pul yığır. Sirr deyil ki, bəzi məmurlar qanunsuz yollarla əldə etdikləri böyük vəsaitlər hesabına ölkədə və xaricdə dəyərli daşınmaz əmlaklara sahib olublar. Bəzi məmurların saysız-hesabsız mənzilləri, villaları var. Bəziləri isə tikinti biznesi ilə məşğul olur, çirkli pullarla tikdirdikləri binalardakı mənzilləri baha qiymətə vətəndaşlara satıb kapitallarını “yuyur” və həm də artırırlar. Ancaq indiyədək Azəbaycanda hansısa nazirin, komitə, şirkət prezidentinin, eləcə də müavinlərinin kirayə biznesi ilə məşğul olması faktına rast gəlinməyib. Bu baxımdan ARDNŞ-in vitse-prezidentlərindən birinin bu sahədə fəaliyyətə başlaması həm də bu məqsədlə xüsusi idarə yaratması Azərbaycan üçün yenilik sayıla bilər. Azərbaycan vətəndaşlarının əksəriyyətinin mənzil əldə etmək imkanının olmadığını nəzərə alsaq, bu biznesin gəlirli və perspektivli olduğunu da söyləyə bilərik. Bu baxımdan ölkədə peşəkar şəkildə kirayə biznesi ilə məşğul olmağa başlayan ARDNŞ-in həmin vitse-prezidentini uzaqgörən şəxs hesab etmək olar.

Qeyd edək ki, ARDNŞ-in hazırda 10 vitse-prezidenti var. Sərdar Cəlaloğlu ad çəkmədiyindən, onların 10-u da şübhə altına düşür. Ən azı ona görə ki, hər birinin 200 və daha artıq mənzil əldə etməyə imkan verən böyük maliyyə imkanları var. Ancaq sonradan məlum oldu ki, Sərdar Cəlaloğlunun “evlər kralı” adlandırdığı məmur Mikayıl İsmayılov imiş.

Zəruri bir əlavə edək ki, Mikayıl İsmayılov 2011-ci ildə doğulduğu Çiyni kəndindəki köhnə ata evini sökərək 2 milyon manata qədər vəsait xərcləyib müasir standartlara uyğun malikanə tikdirmişdir. Deyilənə görə magistral trassdan malikanəyə qədər uzanan yola asvalt örtüyünün vurulması üçün o vaxtkı məzənnə ilə 600 min manat xərcləmişdir.

VİTSE-PREZİDENT TOPARLANIR

Başqa bir məlumata görə, Mikayıl İsmayılov həm də şirkətin maliyyə məsələlərinə nəzarət edən əsas şəxs hesab olunur. Məsələn, kadr təyinatları ilə yanaşı, şirkətdə özbaşına işlərin ən çox yayıldığı təchizat işi də vitse-prezidentin nəzarəti altındadır: “ARDNŞ-dəki bütün təchizat rəisləri Mikayıl İsmayılovun adamlarıdır və bu sahədə süni şişirtmələr nəticəsində böyük mənimsəmələr var. Təsadüfi deyil ki, vitse-prezident son illər Azərbaycanın oliqarx məmurları arasında yerini möhkəmlətməkdə, ildən-ilə kapitalını artırmaqla bu siyahıda yuxarıya doğru irəliləməkdədir. Lakin onun ARDNŞ-də faktiki ikinci şəxsə çevrilməsinin arxasında başqa sirlərin olduğu haqda da danışılır.

Deyilənlərə inansaq, Mikayıl İsmayılov bəzi qüvvələrin ARDNŞ-dəki əsas dayağıdır. Hətta bəzi mənbələrin iddiasına görə, həmin şəxslər Mikayıl İsmayılovu şirkətdə yüksək vəzifəyə gətirmək istəyirlər. Yəni vitse-prezident onu bu səviyyəyə gətirib çatdıran Rövnəq Abdullayevin kreslosuna göz dikib. Onun ARDNŞ-ın vitse-prezidentinə qədər yüksələn karyerasında Rövnəq Abdullayevin xüsusi rolu olub. Mikayıl İsmayılov Rövnəq Abdullayev “Xəzərdənizneftqaztikinti” trestinin müdiri işləyərkən onun yaxın çevrəsinə daxil olub. Şirkət rəhbəri Bakı Neft Emalı Zavodunda direktor işləyəndə onu özünə müavin təyin edib. Nəhayət, Abdullayev ARDNŞ-in prezidenti postuna keçdikdən sonra onun vitse-prezident postuna təqdimatını ölkə rəhbərliyinə təqdim edib. Və Mikayıl İsmayılov bu vəzifəyə təyin edilib. Artıq ən yuxarı dairələrin nomenklaturasına daxil olan Mikayıl İsmayılov Rövnəq Abdullayevin yaxın çevrəsini təqib etməyə başlayıb. Məsələn, şirkət rəhbərinin uşaqlıq dostu və həmyerlisi, ARDNŞ Neft Kəmərləri İdarəsinin rəisi Zöhrab Quliyev məhz Mikayıl İsmayılovun təkidi ilə işdən kənarlaşdırıldı. ARDNŞ şefi isə uşaqlıq dostunu müdafiə edə bilmədi. Zöhrab Quliyevin işdən kənarlaşdırılması qanunsuz tikililərlə bağlı yaradılan xüsusi komissiyanın apardığı araşdırmalardan sonra baş verdi. Həmin komissiyaya Mikayıl İsmayılov rəhbərlik edir. Onun rəhbərlik etdiyi xüsusi komissiyanın araşdırması zamanı Quliyevə qarşı kompromatlar toplandı və nəticədə əvvəlcə Kəmərlər İdarəsinin bir neçə rəis müavini, bir qədər sonra isə Zöhrab müəllimin özü işdən kənarlaşdırıldı”.

“NEFTÇİ MTK”-NIN VASİTƏSİ İLƏ MİLYONLAR NECƏ SOVRULUB 

Araşdırma zamanı onu da öyrəndik ki, Mikayıl İsmayılovun adı 2013-cü ildə daha böyük qalmaqalda hallandırılıb. Belə ki, 2013-cü ilin fevralın 13-də “Neftçi” Mənzil-Tikinti Kooperativinin (MTK) icraçı direktoru Səfərli Azər Rəşid oğlunun Vergi Auditi Departamentinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyinə daxil olmuş şikayət ərizəsi üzrə aparılmış ilkin araşdırmalarla onların hərəkətlərində korrupsiya hüquqpozmaları müəyyən edildiyindən toplanmış materiallar aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib.

Vergilər Nazirliyinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Təmir-tikinti sahəsi üzrə Audit İdarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Kərimov Sultan Elxan oğlu və həmin idarənin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Allahverdiyev Aydın Süleyman oğlu “Neftçi” MTK-nın vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması zamanı bəyannamələrin düzgün təqdim olunmamasını və digər aşkar olunmuş qanun pozuntularını ört-basdır etmək üçün 300 min manat məbləğində rüşvət istəyib, 29 yanvar 2013-cü il tarixdə həmin kooperativin icraçı direktoru və baş mühasibi İlqar Cəfərovdan müəssisənin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisində 250 min manat pulu rüşvət kimi alaraq öz aralarında yarı bölüblər. S.Kərimovun və A.Allahverdiyevin yaşadıqları mənzillərdə aparılmış axtarışlar zamanı müvafiq olaraq 115 min və 125 min manat rüşvət kimi aldıqları pul müəyyən edilərək maddi sübut kimi götürülüb.

Qeyd edək ki, adətən bu cür həbslərdə rüşvət alan şəxslər daha çox cəza alırlar. Rüşvət verən insanlar isə məsuliyyətdən kənarda qalırlar. Düzdür, hansısa şəxsdən kimlərsə rüşvət tələb edərsə və bu barədə hüquq-mühafizə orqanlarına müraciət olunarsa, o zaman rüşvət verən şəxs cinayət məsuliyyətinə cəlb olunmur. Lakin qalan bütün hallarda rüşvət verən də rüşvət alan kimi eyni məsuliyyəti daşıyır. 250 min manatlıq rüşvət olayında adıçəkilən “Neftçi” MTK-nin fəaliyyəti barədə araşdırma apardıqda gördük ki, qurum Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişlərini yerinə yetirir. Şirkətin əsas fəaliyyəti istiqaməti ARDNŞ-də çalışan işçilərin mənzil təminatını yaxşılaşdırmaqdan ibarətdir. MTK şirkətin sifarişi ilə burda çalışan işçilər üçün müxtəlif yerlərdə mənzillər tikir. Əldə etdiyimiz məlumatlara görə, kooperativin icraçı direktoru Azər Səfərli ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılova yaxın adamdır. Elə bu yaxınlığa görədir ki, ARDNŞ-in tikinti işlərinin xeyli hissəsini “Neftçi” MTK layihələşdirir. Məlumata görə, kooperativin bu günə qədər tikdiyi mənzillərdə kifayət qədər maliyyə maxinasiyaları qeydə alınıb. Deyilənə görə, neft şirkətindən ayrılan pulların böyük qismi təyinatı üzrə xərclənməyib.

SOCAR-IN “BOZ KARDİLANI” – DAVİD MƏMMƏDOV

Mikayıl İsmayılovla eyni regiondan olan və SOCARda da eyni vitse- prezident vəzifələrini daşıyan digər şəxs isə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədovdur. Qeyd edək ki, David Məmmədov 1976-cı ildən neft sənayesində işləyir. 2005-ci ildə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adına layiq görülən Məmmədov elə həmin ildən də SOCARın emal üzrə vitse prezidentidir. Yüksək intellekt və praqmatizmə sahib olan David Məmmədov həm də “Nobel Oil” şirkətinin meneceridir.

Məlumata görə vəzifəsinin mahiyyəti etibarı ilə “qara qızıl”ın yerdən çıxarılmasına və emalına nəzarət etməli olan David Məmmədov “malikanələr toplusu”nda heç də həmkarından geri qalmır. Deyilənə görə David Məmmədov Çexiyada-Brnoda, Türkiyədə və ABŞ-da dəyəri milyon dollarlarla ölçülən mülklərə və biznesə sahibdir. Görünür David Məmmədov sahibi olduğu biznes imperiyasını dünya və ölkə mətbuatının diqqətindən siyası çeviklik göstərərək qorumağı bacarıb. Mətbuata bəlli olmayan Məmmədovun bizneslərindən biri yuxarıda qeyd etdiyimiz məşhur və sirrli “Nobel Oil” şirkətidir…

KİMDİR BU “NOBEL OİL”?

Öncə qeyd edək ki, dünyanın bir çox paytaxtlarında və eləcə də Bakıda ofisi olan bu şirkətin fəaliyyəti barədə çox az məlumat var. Hələ bir müddət əvvəl «Romania İnsider» qəzeti bu şirkətlə bağlı məlumat yayaraq, bəzi qaranlıq məqamlara aydınlıq gətirərərk yazırdı ki, sözügedən şirkət Britaniyada qeydiyyatdan keçməklə yanaşı, baş ofisi də Londonda yerləşir.

Lakin şirkət Bakı ofisi üzərindən Azərbaycanın neft-qaz sənayesində logistika, mühəndislik, neft və neft məhsullarının daşınması, qazma xidmətləri göstərirmiş. İşin bir başqa maraqlı tərəfi isə bu şirkətin mülkiyyətçilərinin kimliyi barədə heç bir məlumatın olmamasıdır.

Rumın qəzeti araşdırma aparsa da, bu barədə heç bir bilgi əldə edə bilməyib. Amma dəqiqləşdirib ki, «Nobel Oil» Azərbaycanda «hər şeyi düzəltdikdən» sonra, indi də Rumıniya bazarlarına girişməyə başlayıb. Şirkətin strategiyasına əsasən «Nobel Oil LTD» sözügedən ölkədə 6 ildə 80-90 yanacaqdoldurma stansiyasından ibarət geniş pərakəndəsatış şəbəkəsi qurmalıdır. İş burasındadır ki, Azərbaycanın bu müəmmalı neft şirkəti Rumıniya bazarlarında «OMV Petrom”, “LUKoil”, “Rompetrol” və MOL kimi nəhəng oyunçularla rəqabət aparmaq fikrindədir. Şirkətin niyə məhz məşhur Nobel qardaşlarının soyadını daşıması da aydın deyil. Ancaq belə təxmin etmək olar ki, şirkət bu soyadı brend kimi istifadə edir. Və deyəsən, bunun əvəzində Nobel sülaləsindən olan Qustav Nobeli şirkətin Direktorlar Şurasına üzv ediblər. Qustav Nobel İsveç vətəndaşıdır. 1950-ci ildə anadan olub. 2014-cü ildə şirkətin Direktorlar Şurasına daxil olub, o vaxta qədər isə şirkətin Müşavirlər Şurasının üzvü idi. Qeyd edək ki, 2012-ci ildə bu şirkətin adına beynəlxalq mediada rast gəlinmişdi. Məlum olmuşdu ki, baş ofisi Londonda yerləşən, ancaq yeganə fəaliyyət sahəsi Azərbaycan olan “CİS Nobel Oil Company” adlı şirkət Myanmada offşor neft yataqlarının birində hasilat üzrə lisenziya alıb. Onun əsas fəaliyyət sahəsi Azərbaycandır. Londonda yerləşən şirkət kimi təqdim olunsa da yeganə ünvanı Bakıdadır.

Bildirək ki, o zaman şirkətin saytında rəhbərlik barədə demək olar ki, heç bir informasiya yer almırdı. Vitse-prezident və baş menecer kimi ancaq Muxtar Murat Tayşi adlı Türkiyə vətəndaşının adı göstərilirdi. Qustav Nobel isə şirkətdə məşvərətçi idi. Məşvərət Şurasının üzvləri arasında ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş üzvü, 90-cı illərin əvvəllərindən Azərbaycan və digər keçmiş sovet respublikaları ilə sıx əlaqələri olan Kurt Uoldenin də adına rast gəlinirdi. Nəzərinizə çatdıraq ki, Nümayəndələr Palatasının hərbi məsələlər komitəsinin sədr müavini olan K.Uolden 2006-cı ildə istefaya çıxana qədər Konqresdə Azərbaycanla dostluq qrupunun üzvü olmuşdu. İndi isə şirkətin rəhbərliyinə daxil olan şəxslər arasında Kurt Uoldenin və Murat Tayşinin adlarına rast gəlinmir.

Şirkətin Məşvərət Şurasının əvəzində Direktorlar Şurası var. Onun tərkibinə Qustav Nobellə yanaşı Eamon Gorman, Georgi Marçenko, Stüard Detmer, Maykl Roland Rinq daxildirlər. Bildirək ki, bunlar adlı-sanlı menecerlərdir. Məsələn, Direktorlar Şurasına 2015-ci ildə daxil olan Eamon Gorman “Maersk Oil”, “Shell” kimi şirkətlərin ərəb ölkələrində və İrandakı layihələrində aparıcı vəzifələr tutub.

Georgi Marçenko isə Direktorlar Şurasına 2014-cü ildə daxil olub, ona qədər Qazaxıstanda bir sıra mühüm dövlət vəzifələrində işləyib – Mərkəzi Bankın sədr müavini, baş nazirin birinci müavini, prezidentin müşaviri kimi postlar tutub. Maykl Rinq həm də şirkətin baş icraçı direktorudur. Əvvəllər “Shell”, “Petrofac” kimi iri şirkətlərdə mühüm vəzifələr tutub.

“Nobel Oil” 2005-ci ildə Azərbaycanın neft-qaz sənayesində işləyən şirkətlərə satınalmalar üzrə xidmətlər göstərmək üçün yaradılıb. 2007-ci ildə isə artıq fəaliyyətini genişləndirərək qazma, texniki xidmət və digər işlərlə məşğul olmağa başlayıb. Hazırda şirkətin ayrı-ayrı sahələrlə məşğul olan bir neçə törəmə şirkəti fəaliyyət göstərir. Onlar aşağıdakılardır:

-“Apşeron Qazma”: İnteqrə olunmuş qazma və quyuların menecmenti xidməti göstərir. Bu törəmə şirkət 2007-ci ildə SOCAR-la SOCAR-AQS birgə müəssisəsini yaradıb və dövlət neft şirkətinin “Azneft” İstehsalat Birliyinə xidmətlər göstərir.

– “Global Energy Solutions” (“Glensol”): Bu törəmə şirkət Azərbaycanın energetika sektorunda işləyən şirkətlər üçün avadanlıqlara texniki qulluq üzrə xidmətlər göstərir.

– “Oil and Gas Proserve”: Törəmə şirkət isə quyuların təmiri, neft hasilatının artırılması texnologiyalarının tətbiqi kimi xidmətlər təklif edir.

-“Prokon”: Törəmə şirkət Azərbaycandakı müştərilərə layihə menecmenti üzrə xidmətlər gösərməkdədir.

– “LLamrei”: Törəmə şirkət logistika və satınalmalar üzrə xidmətlər göstərir.

– “Nobel Oil Downstream”: Bu şirkət isə Rumıniyada neft məhsullarının parakəndə satışı üzrə fəaliyyət göstərəcək. Bu ilin yayında “Nobel Oil Ltd” Britaniyanın “Denholm Oilfield Services Limited” şirkətinin Azərbaycandakı aktivlərinin 50 faizini alıb. O zaman şirkətin icraçı direktoru bildirmişdi ki, bu, “Nobel Oil”un sonrakı inkişaf strategiyasını nümayiş etdirir.

Xatırladaq ki, “Denholm” Azərbaycanda neft sektorunda işləyən şirkətlərə klapanların idarə edilməsi, elektrik və KİP-avtomatika, yükdaşımalar və rekrutinq üzrə xidmətlər göstərir. Habelə bu ilin yayında “SOCAR-AQS” ASC, “Nobel Oil” və Archer Assets UK Limited şirkətləri “Oguz Drilling” adlı yeni qaz şirkəti təsis ediblər. Maraqlıdır ki, Rusiyada da eyni adda şirkət fəaliyyət göstərir. Ancaq onun Britaniyada qeydiyyatdan keçmiş və biznesi təkcə Azərbaycanda olan “Nobel Oil Ltd” ilə bağlılığı yoxdur.

Bildirək ki, Rusiyadakı “Nobel Oil” hasilatçı şirkətdir. 2000-ci ildə “Neftus” və “Kolvaneft” şirkətlərinin bazasında yaradılıb, Timan-Peçora və Xantı-Mansiykskdə 7 neft yatağında hasilat və kəşfiyyat lisenziyasına malikdir. Sent-Kitts adlı çırtdan ada dövlətində qeydiyyatdan keçmiş və 2008-ci ildə SOCAR-la birgə “Ümid-Babək” yataqlar blokunda kəşfiyyat və hasilat işləri aparmaq üçün “SOCAR-Umid” adlı birgə müəssisə yaradan offşor şirkət də Nobel adını daşıyır. Lakin “Nobel Oil Exploration & Production” adlı bu şirkətin Londonda qeydiyyatdan keçmiş həmin “Nobel Oil”la hansı bağlılığının olduğu məlum deyil. Bu şirkət “SOCAR-Umid” birgə müəssəsində 20 faizlik paya malikdir. 2014-cü ildə birgə müəssisə yataqda hasilat və kəşfiyyat işləri üçün tender elan edib.

QARA QIZILIN GÜMÜŞ SPONSORU 

2014 cü ildə Azərbaycanda keçirilən 2-ci SOCAR OGPC Forumunun bürünc sponsorlarını arasında “Nobel Oil” də olub. Qeyd edək ki, o zaman NQNK layihəsinin birinci mərhələsi çərçivəsində illik istehsal gücü 12 milyard kubmetr olan Qaz Emalı Zavodunun və ildə ümumilikdə təxminən 1 milyard ton polimer (yüksək sıxlıqlı və xətti aşağı sıxlıqlı Polietilen və Polipropilen) istehsalını nəzərdə tutan qaz xammlı əsaslı Neft-Kimya Zavodunun, kompleksin fasiləsiz istismarını təmin etmək məqsədi ilə İstilik Elektik Mərkəzinin da daxil olduğu Mərkəzi Ümumzavod Təsərrüfatı blokunun tikintisi planlaşdırılırdı. Tikintisinə başlanılan Kompleks Bakı şəhərindən 60 km məsafədə Abşeron və Qaradağ rayonlarının sərhəddində yerləşır. Kompleksin birinci mərhələsinə aid olan zavodların 2020-ci ildə istismara verilməsi planlaşdırılır. O vaxt Forumda “Nobel Oil” şirkətinin baş direktoru qismində Maykl Roland Vring məruzəçı kimi iştirak etmişdir.

BƏS MAYKL ROLAND VRİNG KİMDİ?

Əməkdaşımızın apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, 1974-cü ildə doktorluq alan Roland Oksford universitetinin professorudur. 40 yaxın elmi – texniki kitabın müəllifi, 16 patentin sahibidir. Onun tədqiqatlarına əsasən viskoelastik eksperimentalların öyrənilməsi, materialların mexaniki və dielektrik xassələri daxildir.

Yazı əsasən elektron mediada tirajlanan və təkzib olunmayan informasiyalar əsasında hazırlanıb. Adları çəkilən şəxslər münasibət bildirə bilərlər.

Mənbə: aztoday.az



Xəbərin oxunma sayı : 2188

loading...

Ölkə

Önəmli

Son xəbərlər

17 YANVAR 2017

20:53 İlham Əliyev xanım həmkarı ilə görüşdü - FOTOLAR

20:45 Prezidentin bir sözü dolları ucuzlaşdırdı

19:46 Elmar Məmmədyarovdan sərt sözlər - MÜSAHİBƏ

19:28 Erməni toyunda gəlin Azərbaycan mahnısına oynadı - VİDEO

18:33 Validə Abbasova məşhur milyonçu ilə belə əyləndi - VİDEO/FOTO

18:05 Banklara borcu olanlarla bağlı - YENİ QADAĞA

17:51 Bu gün və sabah geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

17:42 Novruzda neçə gün tətil olacaq?

17:30 Mədət Quliyev görüş keçirdi

17:15 İcra başçılarının Milli Məclisdə vəzifə tutan övladları - SİYAHI

17:02 Azərbaycanda ən çox nə zəhərləyir?

9:58 Neftçalada YAP-a qəbul olunmaq üçün də rüşvət istəyirlər

16 YANVAR 2017

22:37 İlham Əliyev Davosda görüşlər keçirib - FOTO

21:31 Məktəbdə biabırçılıq: müəllim şagirdi döydü - VİDEO

20:04 Emin Ağalarov əkizləri və Əminə ilə gəzintidə - VİDEO

19:26 Prezidentin tənqid etdiyi “Azəraqrartikinti”də talan - Oliqarx-deputatın əməlləri

18:47 “Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?“ - Aparıcı hövsələdən çıxdı

16:58 Zaur Hüseynov “Prezidentlərin danışan şəkillər lövhəsi”ni niyə sökdürüb? - Fotolar

14:37 Kardiologiya İnstitutunun adamı infarkt edən rüşvət qiymətləri

15 YANVAR 2017

14:25 Bütün kəndin kişiləri əqli qüsurlu qadına təcavüz etdi - ŞOK HADİSƏ

13:26 Azərbaycanlı qızın videosu rekord qırır

13:22 Şəhid Fikrət Bəşirov harda dəfn olunacaq?

12:27 Kamran Ağayev Portuqaliyada dala saldı - FOTO/VİDEO

11:58 Azərbaycanlılar “O səs Türkiyə”dən belə ayrıldı - VİDEO

11:30 Cəbhədən acı xəbər gəldi: Şəhidimiz var

11:00 Göyərtəsində 110 miqrantın olduğu gəmi batdı

14 YANVAR 2017

16:02 Ramil Usubov 2 rəisi işdən çıxartdı

14:43 İlham Əliyev Davosda yeni prezidentlə görüşəcək

13:35 Azərbaycanda silah alverçilərinə qarşı əməliyyat: həbs olunanlar var

12:43 Bakıda vəzifəli şəxs özünü niyə asdı? - TƏFƏRRÜAT

11:37 Supermarketdə təcavüz ŞOKU - Sahibkar qadın işçisini zorladı

11:03 Nokia 8-in ilk görüntüsü sızdırılıb - VİDEO

10:30 Azərbaycanda yol terroru: 6 ölü, 19 yaralı

10:05 Əqli-qüsurlu kişi ilə dəfələrlə əlaqədə olan çilingər... - Mingəçevirdə dəhşət

13 YANVAR 2017

20:23 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

14:59 “Eldar Mahmudovla danışmışam, dedi ki,...”

13:52 İlham Əliyevin məqaləsinin TAM MƏTNİ

13:40 Bakıda supermarket müştəriləri necə aldadır? - FOTOFAKT

13:30 Məktəb direktorunun səs yazısı yayıldı - “Gəl yanıma...”

12:36 General əmlak tələb edir, azadlıq vəd edir - İş adamının vəkilindən Prezidentə müraciət

12:28 “Aİ-92“ markalı benzinin qiyməti qalxacaqmı? - DİQQƏT

12:14 Məşhur aparıcı “Lider“dən getdi

12:00 Bakıda toydan çıxan tanınmış müğənnilərin pulları əllərindən alındı

11:00 Azərbaycanda benzin bahalaşdı

12 YANVAR 2017

20:08 DİN Mehman Hüseynovla bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırdı

18:56 Prezident sərəncam imzaladı: vergi borcları üzrə faizlər silinir

16:57 “Bunu direktor xoşlayırdı və dəfələrlə ərimə...“ - Seks qalmaqalının qurbanı olan xanım müəllim

16:47 “Ərim məni vururdu, fiziki təcavüz...” - Azərbaycanlı müğənni

16:39 Bu raket İrəvanı yerlə yeksan edə bilər - Dağıdıcı silahlarımız

16:30 Daha bir türk klubu “Qarabağ“ın futbolçusuna elçi düşdü

15:38 Pensiyalar niyə gecikdirilir? - Rəsmi açıqlama

14:01 “Avropa haradır?“ -Orxan Pamukun essesi

13:48 Prokuror vitse-admiral Sultanova ağır cəza tələb etdi

13:32 Dollar satışının bərpası “qara bazarı” çökdürdü - QİYMƏTLƏR

12:27 “Mənə Aygün Kazımovayla qızının seks videosunu göstərdi“ - Məktəb direktoru

12:20 Nazir müavini təyin edilən Mətin Eynullayev kimdir?

12:15 Sami Yusif Bakıya gəlir

11:25 Prezident yeni nazir müavini təyin etdi

10:44 Slavyan Universitetində növbəti qalmaqal

10:35 Bakıda yol faciəsi: 3 nəfər maşının altında qalıb öldü

10:25 Prezident qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı

9:30 Mario Varqas Lyosa: Romanlar yalan danışır

9:20 “Taliban” girovların görüntülərini yaydı - VİDEO

9:17 Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

11 YANVAR 2017

21:48 İlham Əliyev hansı oliqarxları və niyə hədələdi?

21:37 Türkiyədə çevriliş baş tutsaydı Ərdoğanın yerinə bu şəxs gələcəkdi - İDDİA

21:28 Mehriban Əliyeva dövlət katibi ilə görüşüb

21:15 Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA

19:34 Şəmkirdə direktorla müəllimə arasında seks videosu QALMAQALI

18:25 Vüsal Kərimli vəzifəsindən qovulur - BNA fiaskosundan sonra...

18:10 Banklara “yaşıl işıq“ - ŞAD XƏBƏR

16:06 Prezident yeni hərbi texnikalarla tanış oldu - FOTO

15:40 AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı

15:30 “Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir” - DİN

13:53 İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti

13:44 Daha bir generala cinayət işi açılıb

13:18 “Bizə ən böyük zərbəni bank sektoru vurdu“ - Prezident

12:46 Telekanallar Flora Kərimovaya qadağa qoyub

11:37 Lənkəranda bacısı öldürüb dənizə atdığını deyən qardaş azadlıqda

11:27 Neftçalada pambıq reketi - İcra başçısı sahibkarlara divan tutur

10:40 Mübariz Mənsimov 35 tanker aldı

9:55 Türkiyədəki soyuq hava bizə gəlir - Diqqət!

9:50 Maşın bazarında vəziyyət necədir?

9:17 “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir” - İlham Əliyev

9:01 Bakıda nəvəsini öldürən baba: “Məni söydüyü üçün onu boğdum”

10 YANVAR 2017

20:08 “İkinci toyumu Bakıda edəcəyəm“ - MÜSAHİBƏ

19:47 Dollar 1.89-a manat oldu - Azərbaycanda

19:45 Əli İnsanovla bağlı qərar verildi

19:31 Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ

19:15 Çavuşoğlu çevriliş gecəsi Kəmaləddin Heydərova niyə zəng edib?

19:00 Ermənistan əsgərimizin meyitini niyə qaytarmır?

16:32 Beynəlxalq Banka yeni rəhbər seçildi

16:20 69 qadını öldürən keçmiş polisdən ŞOK ETİRAF

15:18 “Maaş və pensiyalar yenə də artmalıdır“ - Prezident

15:11 Kəskin soyuqlar Azərbaycana gəlir - XƏBƏRDARLIQ!

14:49 “Böhrandan çıxış yolu tapılıb“ - İlham Əliyev

14:07 ANS-in keçmiş aparıcısının əri ilə özəl videosu yayıldı

14:00 Nurayı ağladan məhkəmə icraçıları haqda araşdırma başladı

13:31 Bir neçə illik borclar da yeni tariflə ödəniləcək - “Azəriqaz”dan Yeni İl “sürprizi”

13:00 İlham Əliyev nazirləri topladı

10:48 Lotu Quli Bakıdakı atışmadan danışdı

10:31 Tramp qələbə qazandı, azərbaycanlı milyarder 1,8 milyard varlandı

10:23 Bu gün Beynəlxalq Banka yeni rəhbər təyin olunacaq

9:53 Bakıda müəllim 9 və 11 yaşlı şagirdlərinə təcavüz edib

09 YANVAR 2017

15:45 Rüstəm Usubovdan ANS-lə bağlı danışdı

15:30 “İlk ərim məndən 16, indiki ərim isə 18 yaş böyükdür“ - Azərbaycanlı müğənni

15:08 Mübariz Mənsimovdan FHN-ə xüsusi hədiyyə - VİDEO

15:03 “Baş Prokurorluğa məlumat vermişik” - Mirşahin danışdı

14:34 Azərbaycanda ölümcül virus yayılıb? - AÇIQLAMA

13:53 Bakı və Moskva arasında GİZLİ SAZİŞ

13:23 “Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin!” - Ekspert

13:11 “Dağıstanda kimi tapdılar, gətirib millidə oynadırlar“ - MÜSAHİBƏ

12:52 Azərbaycanlı milyarder Türkiyəni ayağa qaldırdı

12:37 Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA

12:18 Kriminal qruplaşmalar arasında atışma oldu - Bakıda

12:00 Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub - FOTOFAKT

08 YANVAR 2017

14:47 Sərxoş Lisa yenə özünü rüsvay etdi - FOTO

14:30 “Bəlkə Tramp Rusiyanın casusudur?”

12:42 Baş nazir “offşor“lara qadağa qoydu

12:24 Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTOLAR



loading...
8 yaşında varlandı, heç vaxt evlənmədi - Milyonçu mason üzvünün qəribə həyatı

O, dünyaca məşhur çay brendinin yaradıcısıdır. 8 yaşından işləməyə başlayıb. Amerikanın müxtəlif ştatlarında ən qara işlərdə işləyib. 25 yaşında iş adamına, 35 yaşında böyük bir markanın sahibinə çevrilib. Söhbət Tomas Liptondan gedir.
Rusiya səfirini öldürən polislə bağlı maraqlı faktlar


Dünən Ankarada sərgi salonunda keçirilən tədbir zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələyərək öldürən 1994-cü il təvəllüdlü Mövlud Mert Altıntaşla bağlı yeni faktlar üzə çıxıb.
“Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?“ - Aparıcı hövsələdən çıxdı
"Öteki Gündem" verilişinin aparıcısı Cansu Canan Özgən canlı yayımda özündən çıxıb.
Məşhur aparıcı “Lider“dən getdi
"Lider TV"nin məşhur aparıcısı kanalla vidalaşıb.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016