Zəmanətli tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi Tarif Şurası tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılacaq.
MilliYol.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.
Fərmana əsasən, bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi və paylanması ayrı-seçkiliyə yol verilmədən Tarif Şurası tərəfindən müəyyən edilmiş tariflərə əsasən təmin ediləcək.
Zəmanətli tariflər bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac vasitəsilə, istehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə isə istehsalçı ilə Energetika Nazirliyi arasında əldə edilmiş razılıq əsasında müəyyən ediləcək.