Səfərbərlik Xidmətinin işçiləri yeməklərini kəskin surətdə azaltdığından xəstələnib və dərman pereparatlarına ehtiyacın kəskin artması ilə nəticələnib…
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə (SHXÇDX) olan ümidlər korrupsiya bataqlığında batır. Hərçənd bu qurum yarananda hərbi ekspertlərin böyük bir qismi çağırış sistemində nəhayət ki, müsbət dəyişikliklərin olacağına dilə gətirirdilər. Bir birinin ardınca gələn xəbərlər isə deməyə əsas verir ki, vəziyyət nəinki müsbətə dəyişib, hətta bir qədər də biabırçı hala düşüb. Son günlər cumhuriyyet.az olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun rəhbərliyi altında cərəyan edən qanunsuzluqları diqqətdə saxlayaraq bir neçə yazılar dərc etmişik. Buna qədər yazılanlar arasında dövlət xidmətinin yarandığı gündən bu yana yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları, habelə digər bu kimi faktlar ictimailəşdirilirdisə, bu dəfə toxunduğumuz faktlar kifayət qədər ciddidir.
Səfərbərlik xidmətinin 2016-cı il büdcəsində “ştatdankənar” yeyinti
Mediada bu faxta qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun rəisi ilə bağlı rüşvət, çağırış prosessindəki qanunsuzluqlar, Xidmət daxilində kadr siyasəti ilə bağlı problemlərdən bəhs olunub. Amma bu dəfə sözügedən qurumda maliyyə maxinasiyaları, dövlət büdcəsindən açıq talama faktlarına toxunacayıq. Söhbət Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Müdafiə” bölməsinin “Müdafiə Qüvvələri” köməkçi bölməsinin “Ordu və donanma” paraqrafı üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsaitdən gedir. Bu məsələ ilə bağlı cumhuriyyet.az olaraq əlimizdə olan sənəd üzərində geniş araşdırmalarımızı hissə hissə təqdim edəcəyik. Ancaq bu yazımızda Arzu Rəhimovun rəhbərlik etdiyi qurumda hansı maxinasiyalarla dövlət vəsaitinin mənimsənilməsinin açkar faktlarına toxunacayıq. İlk olaraq onu bildirək ki, cumhuriyyet.az-ın əldə etdiyi olan sənəddə SHXÇDX-ə 2016-cı il üçün büdcədən 20 milyon 189 min 929 manat pul ayrılıb. Bu vəsaitin yarıdan artığı, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulub. Maraqlı məqam sənəddə yer alan ikinci əmək haqqı bölümü ilə bağlıdır. Belə ki, ştatdankənar işçilərin əmək haqqı məbləğı 22 min 500 manat qeyd edilib. Məbləğ o qədər də böyük deyil, amma paradoksaldır. Çünki cumhuriyyet.az olaraq apardığımız araşdırma nəticəsində öyrəndik ki, artıq neçə ildir ki SHXÇDX-də ştatdan kənar işçilər mövcud deyil. Bu faktı Xidmətin bir neçə rayon şöbəsinin rəhbəri media sorğusuna cavab olaraq da təsdiqləyib. Elə isə, büdcədən ayrılan 22 min 500 manat hara yönəldilir?
Yemək xərci də artır, dərman pulu da…
Arzu Rəhimovun idarəsinə 2016-cı il üçün ayrılan vəsaitlə bağlı digər bölmələr üzrə də apardığımız araşdırmaların nəticəsi də maraqlıdır. Məsələn bu il Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 761 min 646 manat vəsait nəzərdə tutulub. Məbləğ adı görünə bilər. Amma bu rəqəm 4 il əvvəlki ilə müqayisədə fantastikdir: 38 dəfə çox!!! 2012-ci ildə Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 20 min manat vəsaitin ayrılıb. Halbuki, 4 il əvvəl dövlət büdcəsi bu ilki kimi qənaətcil formalaşmamışdı. Deyilə bilər ki, bu dörd il ərzində qiymət artımı məbləğin də bu qədər artmasına səbəb ola bilər. Olsun! Elə isə Səfərbərlik Xidmətinin maliyyəçiləri və başbilənləri başqa bir sualı cavablandırsınlar. Necə ola bilir ki, 2016-cı ildə ərzaq məhsullarının satın alınmasına 362 min manat nəzərdə tutulur, 2012-ci ildə isə 515 min manat. Belə çıxır ki, Səfərbərlik Xidmətinin işçiləri yeməklərini kəskin surətdə azaltdığından xəstələnib və dərman pereparatlarına ehtiyacın kəskin artması burdan yaranıb. Elə buradaca onu bildirək ki, bu istiqamətdə xərclərin kəskin artması elə Arzu Rəhimovun quruma rəhbər təyin olunması ilə artıb. Belə ki, 2012-ci ildə 20 min manatlıq xərc var idisə, 2013-cü ildə isə xidmətə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 100 min manat istifadə olunub. Daha bir maraqlı məqam yumşaq inventarların və yataq ləvazimatlarının satın alınmasıilə bağlıdır. 2012-ci ildə bunun üçün 950 min manat xərclənib. Ötən illər də bu istiqamətdə xərclər kifayət qədər böyük olub. Bu il isə yumşaq inventar,yataq ləvazimatları, xüsusi geyimlərin alınmasına 300 min manat nəzərdə tutulub və bundan əlavə ayrıca olaraq inventar alınmasına 230 min manat ayrılıb. Yəni hər il Səfərbərlik Xidmətində bir rayonun cehizlik mebelindən artıq mebel alınir.
Təmir, tikinti və milyonlar – Arzu Rəhimovun öz işçisi təsdiqləyir…
Mətbuatda yayımlanan çoxsaylı məlumatlarda Səfərbərlik Xidmətinə qarşı irəli sürülən ittihamlardan biri də irimiqyaslı maliyyə maxinasiyaları, dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi halları ilə bağlıdır. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, əsil mənimsəmələr Səfərbərlik Xidmətinin rayon şöbələrinin yerləşdikləri binaların təmiri, bərpası və yenidən tikintisi zamanı baş verir. Həm də bu zaman hesab artıq nə on, nə də yüz min manatlarla deyil, milyonlarla aparılır. Keçək yenə də bizə təqdim olunan faktlara. Mənbə iddia edir ki, sonuncu dəfə Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsinin yerləşdiyi binanın təmirinə dövlət vəsaitlərindən 3 milyon manat pul ayrılıb. Əvvəllər Miqrasiya Xidmətinin müvafiq idarəsinin yerləşdiyi bu binanı görənlər yaxşı bilirlər ki, onun bəlkə də bütövlükdə qiyməti bu məbləğdən xeyli aşağı olar. Həmin binanın təmirinə 3 milyon manatın xərclənməsi isə, ümumiyyətlə absurd bir iddiadır. Səfərbərlik Xidməti daxilindəki proseslərdən tam məlumatlı olan mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, smeta xərclərinin bir neçə dəfə şişirdilməsindən başqa, real görülən işlərin də böyük bir qisminin xərcləri şöbə rəislərinin özləri tərəfindən ödənilir. Nəticədə, ayrılan dövlət vəsaitlərinin 70-80%-nə qədəri mənimsənilir. Əlavə olaraq mənbə bildirir ki, Səfərbərlik Xidmətinin Sumqayıt şəhər şöbəsinin təmirinə yenə də 3 milyon manat, Bakı şəhəri, Nizami rayon şöbəsinə isə, həmin məqsədlər üçün 5 milyon manat vəsait ayrılmışdır. Yeri gəlmişkən, bütün bunlarla bağlı Səfərbərlik Xidmətinin polkovniki Ağa Fəttahovun media vasitəsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciətində də yazılıb və bildirilib ki, Arzu Rəhimv SHXÇÜDX idarələrinin təmirinə ayrılan pulları şişirdilmiş formada göstərib:
1) Sumqayıt şəhərinin şöbəsinə 3 mln. manat,
2) Nizami Bakı idarəsinin tikilməsinə 3 mln. manat,
3) Ağsu rayonunun Miqrasiya İdarəsinin balansında olan binanı qeyri-qanunsuz SHXÇÜDX balansına keçirilib və onun təmirinə 7 mln. manat pul xərclənib.
Vaxtilə Hərbi Komissarlığından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində keçən bütün şəxs heyətin adına kartlara pul keçirilmişdi. Arzu Rəhimov bu pulları mənimsəmişdir. Kartlardan pullar çıxarılmışdır. Həmçinin, Arzu Rəhimov göstəriş verib ki, bütün şöbələr, şöbə rəislərinin hesabına təmir olsun. Özü isə həmin şöbələrə ayrılmış pulu mənimsəyib. Həmçinin, həmin anonim şəxs bildirdi ki, Arzu Rəhimov bu yaxınlarda Ukrainski dairənin yanında dəyəri 3 mln. manat olan villa alıb”.
Generalın milyonları harda görünür: kef çəkən oğul, milyonluq villa, təmtəraqlı ad günü…
Arzu Rəhimovun Səfərbərlik Xidmətinin rəhbəri kimi büdcə mənimsəməsi, rüşvət və digər yollarla topladığı kapitallınrr real simvolları da var. Bunlardan biri generalın oğlunun həyat tərzi ilə bağlıdır. “Çağırışçı general”ın yaxın ətrafından cumhuriyyet.az-a sızan məlumatlarda xidmət daxilindəki olaylardan və cənab Rəhimovun gizli əməllərindən bəhs olunur. Mənbənin sözlərinə görə, dəfələrlə mətbuatda oğlunun hərbi xidmətdən yayınması hallandırıldıqdan sonra bu ilin aprel ayında A.Rəhimov öz övladını hərbi xidmətə göndərib. Onu da bildirək ki, generalın oğlu Murad Rəhimov 1994-cü il təvəllüdlüdür və İqtisad Universitetini ötən il bitirməsinə baxmayaraq bu vaxtadək hərbi xidmətə çağrılmamışdı. İndi isə maraqlıdır ki, generalın oğlunun xidmət yeri Bakıda, özü də Sərhəd rrXidmətinin hərbi hissələrindən birində müəyyənləşib. (Onu da qeyd edək ki, general oğlunun dəbdəbəli həyat tərzi ilə bağlı mediada dəfələrlə yazılıb və bu haqda fotolar da yayılıb).
Digər bir göstərici A.Rəhimovun Bakı şəhəri, Nərimanov rayon Teymur Əliyev küçəsində, Ukrayna Respublikasının ölkəmizdəki səfirliyi rryaxınlığında yerləşən villasıdır. Qiyməti milyonlarla manatla ölçülən bu malikanin məhz Arzu Rəhimov məxsus olduğu iddia edilir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda iddia edilir ki, fotodakı malikanədə yaşayış yoxdur. Malikanənin qarajında 5 lüks avtomobil vardır ki, bu avtomobillərin ümumi dəyəri 500 yüz min manata yaxındır. Malikanənin Arzu Rəhimovun Tahir adlı şəxsdən 1-il əvvəl 2-milyon manata alıb. Daxil olan məlumatda qeyd edilir ki, hazırda malikanəyə Arzu Rəhimovun sürücüsü olmuş şəxs nəzarət edir.
Səfərbərlik generalının bahalı həyat tərzini təsdiqləyən digər bir fakt onun üç il öncə keçirdiyi ad günüdür. 2013-cü ilin oktyabrında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov “BUTA PALACE”-də özünə təmtəraqlı ad günü keçirib. Bu barədə məlumat verən mənbə bildirib ki, Məclisdə 70-ə yaxın dövlət idarəsinin rəhbərləri iştirak edib. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev də tədbirə qatılıb. Və ən əsası bahalı hədiyyələr, qiymətli əşyalar bağışlanıb. Ən bahalı hədiyyə Arzu Rəhimova bağışlanan “BUGATTİ” avtomobili olub.
Mənbə: cumhuriyyet.az
Digər xəbərlər
loading...