"Sabah" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
MilliYol.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Niderland "Maastrixt"indən almaniyalı hücumameylli yarımmüdafiəçi Coy-Lans Mikelsi transfer edib.
27 yaşlı forvardla imzalanmış müqavilənin detalları açıqlanmayıb. Təcrübəli oyunçu yeni komandasında 20 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Mikels karyerası ərzində ölkəsində "Borussiya" (Mönhenqladbax) və "Şalke"nin ikinci komandalarında, eləcə də "Alemanniya", "Vakker 90", "Karl Tseyss" klublarında çıxış edib. O, son klubu olan "Maastrixt"də 27 oyuna 7 qol vurub.
Digər xəbərlər
loading...