Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 336 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 668 nəfər müalicə olunaraq sağalıb, 4 982. nəfər vəfat edib, aktiv xəstə sayı 1312 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 947, ötən müddət ərzində isə ümumilikdə 3 831 673 test aparılıb.
Son gündə koronavirus əleyhinə 51 510 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 756, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 754 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 015 612, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 437 929, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 577 683 təşkil edir.